Bazar ertəsi , Oktyabr 18 2021
Home / Dünya (page 11)

Dünya

Süveyş kanalında tıxac yaradan yük gəmisi boşaldılacaq

Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının dayaz yerdə ilişib qalmış “Ever Given” konteyner gəmisinin boşaldılması barədə göstəriş verib. MEDIAKTIV.AZ “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bunu kanalın administrasiyasının başçısı Üsami Rabea bildirib. Onun sözlərinə görə, Misir prezidenti birinci və ikinci ssenarini gözləmədən üçüncü ssenariyə hazırlaşmağı əmr edib. Belə …

Daha ətraflı »

Aprel döyüşlərinin iştirakçısı olmuş erməni zabitin meyiti aşkarlandı

Ermənistan ordusunun zabiti Mkrtıç Karamyanın meyiti aşkarlanıb. MEDİAKTİV.AZ xəbər verir ki, bu barədə QHT sədri David Torosyan bildirib. “2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş dostumuz, kapitan Mkrtıç Karamyanın meyiti 9-cu müdafiə sahəsi istiqamətində tapılıb”, – deyə o bildirib. David Torosyan M.Karamyanın ölüm səbəbini açıqlamayıb.Aynurə Yusifova

Daha ətraflı »

“Volkswagen” ABŞ bazarından 150 mindən çox avtomobilini geri çağırır

Almaniyanın “Volkswagen” avtomobil şirkəti ABŞ bazarındakı 153 152 sayda avtomobilini təhlükəsizlik yastıqları ilə əlaqədar geri çağırır.  MEDİAKTİV.AZ Reuters-ə istinadən xəbər verir ki, şirkət əsasən 2015 – 2020-ci illərdə istehsal olunan “Audi A3” modellərində nöqsanların ola biəcəyini bəyan edib.  Qeyd edilib ki, mayın 21-dək adıçəkilən avtomobil sahibləri ilə əlaqə saxlanılacaq.

Daha ətraflı »

Türkiyə Prezidenti Beynəlxalq Türk Akademiyası ilə bağlı protokolu təsdiq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Akademiyasının büdcəsinin formalaşdırılması ilə bağlı protokolu təsdiqləyib. MEDİAKTİV.AZ xəbər verir ki, sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və akademiyanın maliyyələşdirilməsi mexanizmini tənzimləyir. Protokola əsasən, Beynəlxalq Türk Akademiyasının büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq. Qeyd edək ki, Türkdilli …

Daha ətraflı »

Şimali Koreya raket buraxılışı həyata keçirib

KXDR raket buraxılışı həyata keçirib, bu sınaqlar Yaponiya üçün təhlükə yaratmır. MEDİAKTİV.AZ-ın məlumatına görə, bu barədə ölkə hökuməti xəbər verib. Məlumat çox güman ki, ballistik raketdən gedir. Hazırda daha dəqiq məlumatlar verilməyib. Raketin trayektoriyasının Yaponiyanın üzərindən keçmədiyi qeyd olunub

Daha ətraflı »

“Intel” şirkəti çip istehsalının genişləndirilməsinə 20 milyard dollar investisiya qoymaq niyyətindədir

ABŞ-ın “İntel” şirkəti yeni zavodların inşasına 20 milyard dollar sərmayə qoyacaq və mikro çiplərin istehsalını genişləndirmək üçün yeni tərəfdaşları cəlb edəcəkdir. MEDİAKTİV.AZ-ın məlumatına görə, bu barədə şirkətin rəhbəri Patrik Qelsindcer bildirib. P.Qelsindcer qeyd edib ki, onun planına çip istehsalının sürətini artırmaq üçün Arizonadaki mövcud fabriklərdə iki yeni fabrikin inşası daxildir. …

Daha ətraflı »

“Tesla” rəhbərinin açıqlamasından sonra “Bitcoin” bahalaşıb

“Tesla”nın rəhbəri İlon Maskın şirkətinin istehsal etdiyi elektrik avtomobillərini almaq üçün “Bitkoin”dən istifadə edilə biləcəyini dediyindən sonra kriptovalyutanın qiyməti bahalaşıb. MEDİAKTİV.AZ-ın məlumatına görə, İ.Mask öz “Tvitter” səhifəsində yazıb ki, indi “Tesla” avtomobillərini bitkoin ilə almaq mümkündür. O əlavə edib ki, “bu ilin sonunda” ABŞ xaricində olanlar da bunu edə biləcəklər. …

Daha ətraflı »

Ərdoğan Qarabağdan danışıb: “Razılaşmaların yerinə yetirilməsi prosesini yaxından izləyəcəyik”

“Otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı”. MEDIAKTIV.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib. “Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin …

Daha ətraflı »

“Mercedes-Benz” Braziliyada istehsalı dayandırıb

Almaniyanın “Mercedes-Benz” avtokonserni yeni növ koronavirus (COVİD-19) ilə əlaqədar sanitariya və epidemioloji vəziyyətin pisləşməsi fonunda Braziliyada istehsalı dayandırır. MEDİAKTİV.AZ-ın “Globo” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə konsernin açıqlamasında deyilir. Açıqlamada bildirilir: “Metalurqçılar birliyi ilə ortaq niyyətimiz, ölkə üçün bu kritik dövrdə insanların hərəkətinin azaldılmasına töhfə vermək, tədarük zəncirində hissələrin …

Daha ətraflı »

Ermənistanda hərbi vəziyyət rejimi ləğv edilib

Ermənistan parlamenti ölkədə tətbiq olunan hərbi vəziyyət rejmini ləğv edib. MEDIAKTIV.AZ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni 118 deputat dəstəkləyib. Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də – İkinci Qarabağ müharibəsi başlayan …

Daha ətraflı »