Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Dünya (page 14)

Dünya

Qarabağ üzrə İşçi Qrupun dördüncü iclası sabah keçiriləcək

Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası martın 1-də videogörüş formatında olacaq. MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə İşçi Qrupun üçüncü iclasının nəticəsinə görə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib. “Tərəflər 1 mart 2021-ci ildə İşçi Qrupun videokonfrans rejimində növbəti iclasını …

Daha ətraflı »

Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi

Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb. O …

Daha ətraflı »

Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir – Hikmət Hacıyev

Bu konfrans beynəlxalq medianın Prezident İlham Əliyev, Azərbaycan və onun uğurlarına olan diqqətin bir nümunəsidir. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media oqanının …

Daha ətraflı »

Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarını respublikanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştiraka məcbur ediblər. MEDIAKTIV.AZ xəbər verir ki, bununla bağlı faktları “Pastinfo” üzə çıxarıb. Agentlik Dövlət Gəlirləri Komitəsinin mitinqdə iştirak edən yüksək vəzifəli şəxslərinin fotolarını yayıb. Bunlar komitənin rəhbəri Eduard Ovannisyan, Daxili Təhlükəsizlik İdarəsini rəisi Ercanik Akopyan, Daxili Təhlükəsizlik İdarəsinin …

Daha ətraflı »

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

1992-ci ilin fevralın 26-da Ermənistan Respublikasının birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə qarşı təcavüzlərdə aralarında qadın və uşaqların da olduğu 613 azərbaycanlı dinc sakin qətlə yetirilib və yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. MEDIAKTIAV.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı verdiyi …

Daha ətraflı »

Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb

25 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki qəbul edib. Xarici İşlər Nazirliyindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir …

Daha ətraflı »

Kremldəki mənbələr: Paşinyan istefa versə belə, Qarabağ bəyanatları qüvvədə qalacaq

“Əgər Nikol Paşinyan Ermənistanın baş naziri postundan gedərsə, Kreml bunu “rejimin meydanlarda dəyişdirilməsinə inananlara yaxşı dərs” hesab edəcək və hadisələrin bu cür inkişafında Rusiyaya problem yaradacağını inanmır”. MEDİAKTİV.AZ xəbər verir ki, bunu “Open Media”ya Kremlə yaxın 2 mənbə bildirib. Mənbələrdən biri vurğulayıb ki, Ermənistandakı mövcud böhran inqilabların struktur problemlərin dərmanı olmadığını …

Daha ətraflı »

Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq – Mustafa Şentop

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq. MEDİAKTİV.AZ-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TBMM-də Xocalı soyqırımı ilə bağlı anım mərasimində deyib. O qeyd edib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün Azərbaycanın yanındadır. M.Şentop …

Daha ətraflı »

Nikol Paşinyan geri çəkildi: “Rusiya bir nömrəli tərəfdaşdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı təhlükəsizlik məsələləri üzrə ölkəsinin bir nömrəli tərəfdaşı adlandırıb. MEDİAKTİV.AZ “Novoati Armenia”ya istinadən xəbər verir ki, o, Rusiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da bildirib. Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrində islahatların keçirilməsi üçün müdafiə nazirinin başçılıq etdiyi işçi qrupun tərkibinin genişləndirilməsi haqqında …

Daha ətraflı »

Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab

İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə dair şərhində deyilir. Qeyd edilir ki, …

Daha ətraflı »