Cümə , İyun 18 2021
Home / Dünya (page 33)

Dünya

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq – XİN

Fransa Milli Assambleyasının əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq. Xarici İşlər Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa …

Daha ətraflı »

TİKA Azərbaycana başsağlığı verib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycandakı nümayəndəliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib. MediAktiv.az xəbər verir ki, bu barədə nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib. “Qardaş Azərbaycanın vətən torpaqları uğrunda şəhid olan 2.783 vətən övladını rəhmətlə anır, yaralı əsgərlərimizə şəfa diləyirik”, – agentlikdən bildirilib.

Daha ətraflı »

Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib. MediAktiv.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tvitter səhifəsində paylaşım edilib. “Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətləyad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı …

Daha ətraflı »

SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş neft ehtiyatları 120,204 milyon ton təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,5 faiz azdır. MediAktiv.az bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir. 2018-ci ildə SOCAR-ın neft ehtiyatları 125,906 milyon ton təşkil edib. Hesabata əsasən, 2019-cu ildə SOCAR 7,7 …

Daha ətraflı »

Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb. MediAktiv.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqədar idarəsindən bildirilib. Bildirilib ki, danışıq zamanı Türkiyə ilə İran arasındakı münasibətləri gücləndirmək üçün atılan addımlar və regional hadisələr müzakirə edilib. Danışıqlar zamanı Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin yeni …

Daha ətraflı »

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Bu ilin 3 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha ətraflı »

Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var – Sergey Lavrov

Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir. MediAktiv.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib. O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var: “ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan …

Daha ətraflı »

Türkiyə BTQ vasitəsi ilə Çinə ilk ixracına başlayır

Dekabrın 4-də Türkiyədən Çinə ilk ixracat qatarı İstanbuldan yola çıxacaq. MediAktiv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Türkiyə Dövlət Dəmir Yolları” Nəqliyyat Anonim Şirkəti məlumat yayıb. Məlumatda həmçinin bildirilir ki, 42 konteyner soyuducu daşıyacaq qatar Marmaray, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edəcək. Daha sonra isə Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan və …

Daha ətraflı »

Türkiyəli nazir: “Beynəlxalq aviareysləri dayandırmayacağıq”

Türkiyə koronavirusa (COVID-19) pandemiyasının genişlənməsinə baxmayaraq beynəlxalq aviareysləri dayandırmağı planlaşdırmır. MediAktiv.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib. O, həmçinin deyib ki, ölkəsində komendant saatı tətbiq olunsa da, aviabileti olan şəxslər hava limanlarına və əks istiqamətdə sərbəst hərəkət edə bilərlər. Xatırladaq ki, bir …

Daha ətraflı »

Mövlud Çavuşoğlu: “Qarabağ razılaşması regional sabitliyə müsbət təsir edəcək”

“Son hadisələr Azərbaycan torpaqlarının 30 il davam edən işğalının sonsuza qədər davam etməyəcəyini göstərdi”. MediAktiv.az xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış iclasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, daim beynəlxalq hüququn tərəfində olduqlarını da qeyd edib. “ATƏT-in Minsk qrupunun üzv ölkəsi olaraq biz bu münaqişənin …

Daha ətraflı »