Çərşənbə axşamı , Aprel 7 2020
Home / Dünya (page 5)

Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 61-ə çatdı

Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma halları artıb. MediAktiv.az  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib. Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 61-ə çatıb, virusa yoluxanların 8-i tam sağalıb. Hazırda karantində 3 320, stasionar nəzarətdə isə 235 nəfər saxlanılır.

Daha ətraflı »

Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban ƏliyevaKoronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. MediAktiv.az-ın xəbərinə görə, bu barədə məlumat M.Əliyevanın İnstagram akkauntunda yer alıb. Birinci vitse-prezidentin bununla bağlı açıqlamasında deyilir: “Əziz həmvətənlər! Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə …

Daha ətraflı »

Bu gün Milli Məclisin iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. MediAktiv.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib. Belə ki, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

Daha ətraflı »

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanın 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib

Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib. MediAktiv.az  xəbər verir ki,bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib. Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan “Dağlıq Qarabağ” atlasında qeyd edilib. M.Bayramov əlavə edib ki, ermənilər bununla …

Daha ətraflı »

“Royal Caribbean” bütün kruizləri dayandırdı

Royal Caribbean şirkəti yeni koronavirusun yayılması ilə bağlı aprelin 11-dək bütün dünyada öz gəmilərinin kruizlərini dayandırıb. MediAktiv.az-ın məlumatına görə, bu barədə bu barədə şirkətin saytında yerləşdirilmiş xəbərdə deyilir. “Royal Caribbean” ictimai səhiyyə ilə bağlı qlobal vəziyyətə görə, bazar günü gecə yarısından etibarən bütün donanmasının dünya üzrə fəaliyyətini müvəqqəti olaraq dayandırmaq …

Daha ətraflı »

Deputatların Milli Məclisin hansı komitələrinə üzv olduqları açıqlandı – SİYAHI

Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub.   MediAktiv.az  xəbər verir ki, yığıncaqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlüyünə Fəzail Ağamalı, Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İsgəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami …

Daha ətraflı »

Azərbaycanda əmanətlərin tam sığortalanması 9 ay müddətinə uzadıldı

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay müddətinə uzadıldı. MediAktiv.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun III maddəsində “4 (dörd) il” sözləri 4 il 9 ay sözləri ilə əvəz …

Daha ətraflı »

Bu gün YAP-da xüsusi iclas keçiriləcək

“Bu gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası keçiriləcək”. MediAktiv.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib. O təklif edib ki, bununla əlaqədar Milli Məclisin iclası fasiləsiz keçirilsin. Spiker daha sonra deputatları reqlamentə uyğun hərəkət etməyə çağırıb.

Daha ətraflı »