Cümə axşamı , Sentyabr 23 2021
Home / Dünya (page 70)

Dünya

Ombudsman Ermənistanın Gəncəyə vurduğu ziyanlarla bağlı aralıq hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb. Ombudsman Aparatından MediAktiv.az-a bildirilib ki, hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” …

Daha ətraflı »

Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub – MN

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Müdafiə Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Daha ətraflı »

Bir gündə düşmənin məhv edilən hərbi texnikası – SİYAHI

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb. Bu barədə MediAktiv.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Daha ətraflı »

Türkiyə Gənclər Fondu Azərbaycanla həmrəyliyini bəyan etdi

zərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondu (TÜGVA) ölkəmizdə bir neçə günlük səfərdədir. Gənclər Fondundan MediAktiv.az-a bildirilib ki, məqsəd iki ölkənin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin qardaş ölkədən olan gənclərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır. Səfərin ilk günündə – 2 noyabr …

Daha ətraflı »

Düşmən fəaliyyətinin qarşısı dərhal alınır – Anar Eyvazov

Ordumuzun sayıqlığı nəticəsində düşmən fəaliyyətinin qarşısı dərhal alınır. MediAktiv.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. A.Eyvazov bildirib ki, Azərbaycan əsgəri döyüş meydanında düşməni məhv edir. Azərbaycan Ordusu düşmənin yaratdığı mifi dağıdır. Qələbə bizimlədir!

Daha ətraflı »

Müdafiə Nazirliyi: “Azərbaycanın guya döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır”

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu …

Daha ətraflı »

Azərbaycan öz işini özü görür – Binəli Yıldırım

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan öz işini özü görür. Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır. MediAktiv.az-ın məlumatına görə, bunu Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, …

Daha ətraflı »

Düşmənin guya cəbhənin bəzi sahələrində öz mövqelərini irəli çəkməsi barədə məlumat dezinformasiyadır – MN

Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Bildirilib ki, buna bənzər məlumatlar erməni hərbçiləri …

Daha ətraflı »