Bazar ertəsi , Mart 1 2021
Home / Dünya / Siyasət (page 11)

Siyasət

Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub – MN

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Müdafiə Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı …

Daha ətraflı »

Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək. MediAktiv.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib. Qeyd olunub ki, hazırda Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi üçün hazırlıq işləri görülür. Səfərin önümüzdəki həftə ərzində baş tutacağı gözlənilir.

Daha ətraflı »

Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Nazirlikdən MediAktiv.az-a verilən məlumata görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Daha ətraflı »

Bu gün ATƏT XİNŞ-nin onlayn iclası keçiriləcək

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan 57 ölkənin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası bu gün Albaniyanın sədrliyi ilə başlayır. MediAktiv.az ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ikigünlük görüşün əvvəlcə Albaniyanın paytaxtı Tiranada keçirilməsi planlaşdırılmışdı, lakin COVID-19 pandemiyası səbəbi ilə tarixdə ilk dəfə iclas videokonfrans rejimində təşkil ediləcək. …

Daha ətraflı »

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb. BMT-nin Azərbaycandakı Nümayəndəliyindən MediAktiv.az-a verilən məlumata görə, dekabrın 3-4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və …

Daha ətraflı »

Vladimir Putin: “Rusiya Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıdır”

Rusiya Qarabağda göstərilən humanitar səylərə MDB, KTMT üzvü olan tərəfdaş ölkələrin də qoşulmasında maraqlıdır”. MediAktiv.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşünü açarkən bildirib. O, həmçinin Azərbaycan, Rusiya, Ermənistan arasında Qarabağla bağlı razılaşmalarının həyata keçirildiyini diqqətə çatdırıb. Xatırladaq ki, Azərbaycan və Rusiya …

Daha ətraflı »

Hulusi Akar: “Sonadək Azərbaycanın yanında olacağıq”

“Azərbaycanlı qardaşlarımızla hərbi təhsil, təlim sahələrində birgə fəaliyyətimiz istiqamətində işləri davam etdiririk”. MediAktiv.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib. “İnşallah bu mövzuda əlimizdən gələni qardaşlarımız üçün edəcəyik və sonunadək azərbaycanlı qardaşlarımızın haqlı davalarında yanlarında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Daha ətraflı »