Bazar , Noyabr 29 2020
Home / Dünya / Siyasət (page 165)

Siyasət

İlham Əliyev Anar Ələkbərovu özünə köməkçi təyin etdi

MediAktiv.Az azərtac-a istinadla xəbər verir ki,Prezident Anar Ələkbərovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  Dövlət başçısının digər sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Daha ətraflı »

Məhərrəm Əliyevə general-polkovnik rütbəsi verilib – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Daha ətraflı »

Azərbaycan zəlzələ ilə əlaqədar Albaniyaya 500 min avro məbləğində yardım ayırıb

Nazirlər Kabineti “Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə” sərəncam verib. APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, cari ilin 26 noyabr tarixində Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə …

Daha ətraflı »

Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib

Azərbaycan Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində …

Daha ətraflı »

İlham Əliyev bu qurumu LƏĞV ETDİ

MediAktiv.Az Prezident İlham Əliyev Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların …

Daha ətraflı »

Naxçıvanın mədəniyyət işçiləri təltif olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb. MediAktiv.Az-ın məlumatına görə, sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunub: “Əməkdar mədəniyyət işçisi” fəxri adı Qasımova Rahilə Məmmədbağır qızı Məmmədova Tünzalə Məmmədəli qızı “Rəşadətli əməyə görə” nişanı ilə Dilanova Tünzalə Zakir …

Daha ətraflı »

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3,9 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev noyabrın 27-də “Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. MediAktiv.Az xəbər verir ki, sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət …

Daha ətraflı »

Prezident İlham Əliyev: Beynəlxalq siyasətdə görünməmiş hadisədir ki, dövlətdə birinci şəxs olmayan adam, dünyanın aparıcı ölkəsinin Prezidenti tərəfindən ən yüksək səviyyədə qəbul edilir

Beynəlxalq siyasətdə görünməmiş hadisədir ki, dövlətdə birinci şəxs olmayan adam, dünyanın aparıcı ölkəsinin Prezidenti tərəfindən ən yüksək səviyyədə qəbul edilir. MediAktiv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident İlham Əliyev bildirib: “Sizi yenidən görməyimə çox şadam. Xoş …

Daha ətraflı »

İcma sədri: Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri dialoqa töhfədir

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər. Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun Bakı, Yerevan …

Daha ətraflı »