Cümə axşamı , Aprel 22 2021
Home / Dünya / Siyasət (page 209)

Siyasət

Zakir Həsənov İsrailə getdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb. MN-dən Mediaktiv.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z. Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Daha ətraflı »

Mixail Saakaşviliyə qarşı cinayət işi açıldı

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb. Mediaktiv.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə Ukrayna polisinin “Tvitter” səhifəsində bildirilir. Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb. Qeyd edək ki, ötən axşam Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək …

Daha ətraflı »

Azərbaycan və Slovakiya hökumətlərarası komissiya yaratmağı planlaşdırır

Azərbaycan və Slovakiya iqtisadi sahədə daha sıx qarşılıqlı əlaqələr qurmaq üçün iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaratmağı planlaşdırır. Bu barədə Mediaktiv.az-a hökumətdəki mənbə məlumat verib. İki ölkə həmçinin, müqavilə-hüquqi bazanı genişləndirmək niyyətindədir. Hazırda investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması, aqrar, təhsil, turizm və İKT sahəsində əməkdaşlıq haqqında saziş layihələri üzərində …

Daha ətraflı »

İlham Əliyev: Ermənistan danışıqların uzadılmasında maraqlıdır

Prezident İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının (PA) sədri, xanım Kristin Muttoneni qəbul edib. Mediaktiv.az-ın məlumatına görə, ATƏT-in Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr …

Daha ətraflı »

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri görüşə bilər

Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər. Mediaktiv.az APA-ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, nazirlər görüş zamanı qərara gəlib ki, gələn il belə bir görüşün keçirilməsi üçün prezidentlərə təklif …

Daha ətraflı »

Zakir Həsənov Polşada danışıqlarda

Polşa Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin Milli Müdafiə naziri cənab Antoni Maçereviçlə görüşüb. Bu barədə Mediaktiv.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə …

Daha ətraflı »

İlham Əliyev MDB nümayəndələrini qəbul etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarının bir qrupunu qəbul edib. Mediaktiv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti məlumat yayıb.

Daha ətraflı »

MN: Bu cür primitiv saxtakarlığı şərh etmirik

Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma “əhvalatlar”, yaxud “sənədlər” hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər. Bununla bağlı Mediaktiv.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdardırlar. “Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan …

Daha ətraflı »

ERMƏNISTANIN SEKS KÖLƏSINƏ ÇEVIRDIYI VƏ SATIŞA ÇIXARDIĞI AZƏRBAYCANLI QIZLAR

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır. Bu barədə ASİMDER rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, 1992-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini …

Daha ətraflı »

Müsəlman qətliamı: Dünya 3 min insanın ölümündən danışır

Son günlər Myanma ilə bağlı müəmmalı xəbərlər yayılır. Yayılan məlumatlara görə, bu ölkədə yerli müsəlmanlar kütləvi şəkildə qətlə yetirilir. İddialara əsasən son 2-3 gün ərzində Myanmada İslam dininə inanan 3 mindən çox insan öldürülüb. Asiya ölkələrinin bəzi KİV-ləri isə qətllərin hərbçilər tərəfindən törədildiyini bildirir. Həmçinin qeyd edilir ki, Arakan vilayətində hərbçilər …

Daha ətraflı »