Cümə axşamı , Dekabr 3 2020
Home / Hərbi

Hərbi

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb – MN

Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb. Müdafiə Nazirliyindən (MN) MediAktiv.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti …

Daha ətraflı »

Düşmən Ağdamın kəndlərini atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

Daha ətraflı »

Motoatıcı alayın komandiri məhv edilib – MN

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.

Daha ətraflı »

Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilib-VİDEO

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib. Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim …

Daha ətraflı »

Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) MediAktiv.az-a bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının …

Daha ətraflı »

Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə MediAktiv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Daha ətraflı »

MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə  MediAktiv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

Daha ətraflı »

MN: Düşmənin 6 PUA-sı məhv edilib

Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”. MediAktiv.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 PUA-sı məhv edilib. …

Daha ətraflı »

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

2020-ci il 19 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət …

Daha ətraflı »