Bazar , Sentyabr 19 2021
Home / Hərbi (page 3)

Hərbi

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilmə xəritəsi dəyişdi

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib. Əvvəlki xəritə 15 dekabr tarixində yayımlanmışdı. Bu barədə MEDIAKTIV.AZ Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi. Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd …

Daha ətraflı »

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı

Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib. Müdafiə Nazirliyindən MEDIAKTIV.AZ -a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat …

Daha ətraflı »

Ağdamda 3 nəfər minaya düşüb, 1-i həlak olub

2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşmüşlər. Nəticədə Elçin Məmmədov …

Daha ətraflı »

Rüstəm Muradov: “Hadrut ərazisindəki vəziyyət sabitləşib”

“Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib”. MEDIAKTIV.AZ  “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib. “Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”, – o deyib. R.Muradovun sözlərinə görə, indi durum sakitdir, …

Daha ətraflı »

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb – MN

Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb. Müdafiə Nazirliyindən (MN) MediAktiv.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti …

Daha ətraflı »

Düşmən Ağdamın kəndlərini atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

Daha ətraflı »

Motoatıcı alayın komandiri məhv edilib – MN

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.

Daha ətraflı »

Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilib-VİDEO

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən MediAktiv.az-a məlumat verilib. Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib. Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim …

Daha ətraflı »

Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) MediAktiv.az-a bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının …

Daha ətraflı »