Cümə , Noyabr 27 2020
Home / Hadisə

Hadisə

Xəzər dənizində 5 bala yaxın zəlzələ olub

Oktyabrın 12-də Xəzər dənizində maqnitudası 4.9 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən MediAktiv.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:47-də qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Daha ətraflı »

DTX məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınmışdır. MediAktiv.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və …

Daha ətraflı »

Balakəndə zəlzələ olub

Yerli vaxtla 12:35-də Zaqatala stansiyasından 23 km şimal qərbdə Balakən rayonunda zəlzələ qeydə alınıb. MediAktiv.az  xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 2,7, dərinliyi 7 km. olub.

Daha ətraflı »

DTX bəzi şəxslərin adının daxil edildiyi siyahıya münasibət bildirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb. MediAktiv.az-ın xəbərinə görə, DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir: “Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin …

Daha ətraflı »

DİN sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq orada təhrif olunmuş yanlış məlumatlar yerləşdirilib.     Bununla əlaqədar sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, qeyd olunan səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Məlumat üçün bildiririk …

Daha ətraflı »

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, MediAktiv.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb. Maqnitudası 3.2, dərinliyi 62 km olan zəlzələ hiss olunmayıb.

Daha ətraflı »

Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu

“İnterpol”un Pakistan bürosu tərəfindən axtarışa verilmiş şəxs Bakıya gələrkən tutulub. MediAktiv.az xəbər verir ki, Pakistan Cinayət Məcəlləsinin maliyyə dələduzluğu, çirkli pulların yuyulması, korrupsiya və bank dələduzluğu maddələri ilə beynəlxalq axtarışda olan Pakistan vətəndaşı, 39 yaşlı Mushtaq Ahmed Hazaro London-Bakı reysi ilə Bakıya gələn zaman Heydər Əliyev Aeroportunda saxlanılıb.

Daha ətraflı »

FHN: “Sədərək”dəki yanğın 600-700 kvadratmetr sahəni əhatə edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb. Nazirlikdən verilən xəbərə görə, MediAktiv.az xəbər verir ki , “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə …

Daha ətraflı »

Salvadorda avtobus dərəyə yuvarlanıb, 11 nəfər ölüb

Salvadorun cənub-qərbində avtobusun dərəyə yuvarlanması nəticəsində azı 11 nəfər ölüb, daha 25 nəfər yaralanıb. MediAktiv.az TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilib ki, qəza San Salvador şəhərindən 55 km məsafədə, yol yatağının çoxsaylı əyilmələri və ətrafındakı uçurum səbəbi ilə təhlükəli hesab olunan yolda baş verib.

Daha ətraflı »

Salyanda raket başlığı tapıldı

Salyan rayonunda 300 mm-lik M-31 raketinin döyüş başlığı (F-972) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, MediAktiv.az xəbər verir ki, fevralın 16-sı saat 16:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Salyan rayonu, Xurşud kəndi ərazisində əkin sahəsindən minanın tapılması barədə məlumat daxil olub. Məlumata …

Daha ətraflı »