Cümə , Noyabr 15 2019
Home / İdman (page 30)

İdman

Aslan “Avcı”ya ov oldu!

     Superliqada həftənin son matçında Galatasaray Başakşəhərin qonağı oldu. Abdullah Avcının tələbələri İstanbulun sarı-qırmızlılarını meydana çıxdığına peşman edib. Başdan sona üstün oynadığı qarşılaşmanı Başakşəhər 4-0-lıq qələbəylə tərk edib. Adebayorun hat-trick etdiyi matçda Mustafa Pektemekde 1 qolla yadda qalıb.

Daha ətraflı »

Çempionlar liqasında həyəcan qaldığı yerdən davam edir

   Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir. Sabah və birigün mərhələnin ilk qarşılaşmaları baş tutacaq. Şübhəsiz ki, sabahın ən maraqlı mübarizəsi Turində keçiriləcək. Turnirin favoritləri arasında göstərilən “Yuventus”la “Barselona” üz-üzə gələcəklər. Bu, tərəflərin avrokuboklar tarixində 8-ci dueli olacaq. İndiyə qədər “Barselona” 3, “Yuventus” isə 2 dəfə qələbə qazanıbsa, 2 görüş bərabərliklə …

Daha ətraflı »

Millimizdən Albaniyaya futzal dərsi!

   Futzal üzrə AVRO-2018-in təsnifat mərhələsi davam edir.İkinci oyun günü də Azərbaycan millisi üçün uğurlu alınıb. Futzalçılarımız Albaniyaya aman verməyiblər.    Azərbaycan – Albaniya – 5:0 Qollar: Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41    Digər görüşdə Bosniya-Herseqovina və Macarıstan seçmələri münasibətləri aydınlaşdırıb. Matç bərabərliklə yekunlaşıb – …

Daha ətraflı »

Addım-addım çempionluğa

     Topaz Premyer Liqasında 25-ci tura  start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçı Gəncədə oynanılıb.“Kəpəz” “Neftçi”ni sınağa çəkib və 2:0 hesabı ilə qalib gəlib.      Günün ikinci oyunu isə Respublika stadionunda keçirilib. Son illərin çempionu “Qarabağ” cari mövsümdəki əsas rəqibi “Qəbələ” ilə görüşüb. Matç 0:0 …

Daha ətraflı »

Naxçıvanda möhtəşəm final! “Qarabağ” – “Qəbələ”

    Futbol üzrə XXV Azərbaycan Kuboku uğrunda Qarabağ və Qəbələ duellosu baş tutacaq. Topaz Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan komandalar kubok uğrunda həlledici görüşdə də üz-üzə gələcəklər.    Yarımfinal mərhələsində “Qəbələ” Bakının “İnter” klubunu (3-1; 2:0), “Qarabağ” isə “Neftçi”ni (2:0; 0:0 ) mübarizədən kənarlaşdırdılar.    Qeyd edək ki, …

Daha ətraflı »

Hər kəs gedər Messi qalar

   Argentina Futbol Federasiyası Edqardo Bauzamillinin baş məşqçisi Edqardo Bauza ilə yolları ayırmaq qərarına gəlib.   Buna səbəb onun komandasının DÇ-2018-in seçmə mərhələsindəki uğursuz çıxışıdır. Qurumun gələn həftə bu qərarı rəsmən açıqlayacağı gözlənilir.    Qeyd edək ki, Argentina millisi DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsində 14 turdan sonra 22 xalla …

Daha ətraflı »

Türkiyə kubokunda yarımfinalçılar bəlli oldu

     Türkiyə kubokunda son yarımfinalçı bəlli olub. Superliqa təmsilçisi “Konyaspor” öz meydanında I liqada mübarizə aparan “Sivasspor”u qəbul edib.     Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Konya təmsilçisi yarımfinala vəsiqəni təmin edib.   Qeyd edək  ki, digər yarımfinalçılar “Fənərbaxça”, “Başakşəhər” və “Kasımpaşa”dır. Bu mərhələdə …

Daha ətraflı »

Milanda Benzema səsləri

      İtaliyanın “Milan” klubu “Real”ın futbolçusu Kərim Benzemanı tranfer edə bilər. Mediaktiv.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, “Milan”ın rəsmiləri Marko  Fassone və Massimo Mirabelli yaxın günlərdə Benzemaya görə “kral klubu”nun rəhbərliyi ilə görüşəcəklər. Danışıqlar müsbət nəticələnsə, Benzema yayda “Milan”a keçəcək.          Qeyd edək ki, 29 yaşlı …

Daha ətraflı »

İtaliya Superkuboku Türkiyədə keçirilə bilər

   Bu yay İtaliya Superkuboku matçı Türkiyədə keçirilə bilər. Bu barədə məlumatı Antalyasporun prezidenti Əli Şafak Öztürk verib.     O bildirib ki, Superkubok görüşünün Antalyasporun stadionunda baş tutma ehtimalı yüksəkdi: “İnşallah, həmin qarşılaşma Antalyada keçiriləcək. Bir neçə həftədi ki, bununla bağlı danışıqlar aparırıq. 3 milyon avroluq tələbi qarşılamaq lazımdı. …

Daha ətraflı »