Cümə , Aprel 3 2020
Home / İdman (page 40)

İdman

Konfederasiyalar Kuboku start götürür

Bu gün Rusiyada FİFA Konfederasiyalar Kuboku – 2017-yə start veriləcək. Yarışda 8 komanda iki qrupda mübarizə aparacaq. Beynəlxalq turnirdə gələn il dünya çempionatını qəbul edəcək meydan sahibləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi …

Daha ətraflı »

Azərbaycan klubu “Şalke” ilə qarşılaşacaq

“Neftçi” təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Bakılılar hazırlıq müddətində bir neçə yoxlama matçında qüvvəsini sınamaq istəyir ki, onlardan da birinin adı artıq məlumdur. Belə ki, Elxan Abdullayevin yetirmələri Almaniyanın “Şalke” klubu ilə üz-üzə gələcək. Sözügedən qarşılaşmanın iyulun 26-da keçiriləcəyi planlaşdırılır.

Daha ətraflı »

Millimiz acığını ermənilərdən çıxdı

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı keçirilir. Qrup mərhələsində uğursuz çıxışla yadda qalan millimiz 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistanla qarşılaşıb.   Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – …

Daha ətraflı »

Türkiyədən möhtəşəm qələbə, İtaliyadan darmadağın

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində bu gün 6-cı tura yekun vurulub. Türkiyə millisi səfərdə Kosovanın qonağı olub və 4:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 11-ə yüksəldən Fatih Terimin komandası İ qrupunda 3-cü pillədə qərarlaşıb. DÇ-2018, seçmə mərhələ 11 iyun D qrupu 20:00. İrlandiya  – Avstriya – …

Daha ətraflı »

Bakı klubu PSJ-nin yetirməsiylə müqavilə bağladı – RƏSMİ

Ölkəmizi Avroliqada təmsil edəcək “Zirə” daha bir futbolçunu rənglərinə bağlayıb. Mərkəzi afrikalı David Manqa “qartallar”la 2 illik müqavilə bağlayıb.   Hücumameyilli yarımmüdafiəçi Fransanın PSJ klubunun yetiriməsidi. Manqa daha öncə Almaniya, İsrail və Serbiyada da çıxış edib. Onun son klubu isə İsrail “Hapoel Aşkelon”u olub.   Qeyd edək ki, David Manqa …

Daha ətraflı »

Ardanın yerinə Topal

Milli karyerasını başa vurduğunu açıqlayan Arda Turanın gedişindən sonra yığmada kapitan sarğısını daşıyacaq futbolçunun kimliyi bəllidi. TFF rəhbərliyi və milli komandanın texniki heyətinin müzakirələrindən sonra missiya Mehmet Topala həvalə edilib.  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bazar günü Kosovayla qarşılaşacaq Türkiyə yığmasının bundan sonrakı matçlarında “Fənərbaxça”lı kapitan qismində top qovacaq.  Selcuk İnan …

Daha ətraflı »

U-21 bu dəfə yaxşı hesabla uduzdu

Avstriyada təlim-məşq toplanışında olan U-21 millimiz bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Yaşar Vahabzadənin yetirmələri öncədən planlaşdırıldığı kimi, çexiyalı həmyaşıdları ilə qarşılaşıblar.   Seçməmiz fasiləyə üstün yollansa da, son dəqiqələrdə 2 dəfə fərqlənən rəqib qələbəni təmin edib.   Vahabzadənin komandası iyunun 5-də eyni komandaya 0:5 hesabıyla yenilmişdi.   U-21 yoldaşlıq …

Daha ətraflı »

“Cimbom”un transfer siyahısı

Gələn mövsüm üçün iddialı heyət qurmağa çalışan “Galatasaray”ın bir çox ulduz futbolçu ilə danışıqlar apardığı bildirilir. Türkiyə mətbuatı İstanbul klubunun transfer siyahısını yayımlayıb. Həmin siyahıda bu futbolçular yer alıb: Bafetimbi Gomis (Suonsi), Carlos Bacca (Milan), Yunes Belhanda (Nitsa), İvan Balliu (Mets), Ceremi Matyu (Barselona), Adem Büyük (Kasımpaşa), Çiriçes (Napoli), Ömer …

Daha ətraflı »

“Qartal”da Torres səsləri

“Beşiktaş” azarkeşlərini ulduz transferiylə sevindirmək fikrindədi. Türkiyəni ÇL-də təmsil edəcək “qartallar” “Atletiko”nun hücumçusu Fernando Torresi heyətinə qatmaq istəyir. Madrid “Atletiko”suyla olan müqaviləsinin müddəti başa çatan 33 yaşlı forvard  Meksikanın “Keretaro” və Çinin “Quyçjou Çjiçen” klublarının transfer siyahısına düşsə də, Avropada oynamaq niyyətindədi. Torres bir müddət öncə “Yuventus”un hücumçusu Mario Mancukiçə …

Daha ətraflı »