Cümə , Sentyabr 18 2020
Home / iqtisadiyyat

iqtisadiyyat

“Volkswagen” “Bugatti”ni satır

Almaniyanın aparıcı avtomobil istehsalçısı “Volkswagen” (VW) 22 ildir ki, sahibi olduğu, Fransanın idman avtomobili istehsalçısı “Bugatti”ni Xorvatiyanın avtomobil istehsalçısı “Rimac”a satmağa hazırlaşır.MediAktiv.az bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə,  “Volkswagen” bundan sonra diqqətini elektrikli və sürücüsüz avtomobil istehsalına yönəldəcək.  Xatırladaq ki, “Bugatti”ni 1909-cu ildə Fransanın Myuluz şəhərində eyni adlı şəxs …

Daha ətraflı »

İlin sonunadək 10,7 min hektar sahənin su təminatı yaxşılaşdırılacaq

Ölkədə qazıntısı nəzərdə tutulan 443 subartezian quyusunun 235-də qazma işləri artıq tamamlanıb. MediAktiv .az xəbər verir ki, bunu açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, həmin subartezianlardan 48-i işlək vəziyyətdədir: “Əhalisi 963 minə yaxın olan 39 şəhər və rayonun 337 yaşayış məntəqəsində əkin sahələrinin və əkin …

Daha ətraflı »

Naxçıvanda müasir nəqliyyat sistemi yaradılıb

İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühüm rol oynayır. Son dövrlər muxtar respublikada bu mühüm sahənin inkişafı istiqamətində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilmiş, müasir avtomobil yolları salınmış, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmışdır.Naxçıvan Muxtar Respublikası Dövlət StatistikaKomitəsinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə,ötən dövrdə muxtar respublikanın …

Daha ətraflı »

Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır. MediAktiv.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur. Gəlirlərin 57,3%-i və yaxud 13 950 milyon manatı neft sektorunun, 42,7%-i və yaxud 10 377 milyon manatı isə qeyri-neft sektorunun …

Daha ətraflı »

Prezidentin köməkçisi: “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir”

“Turizm sektoru tək Azərbaycanda deyil, dünyada ən çox zərər çəkmiş sektordur”. Mediaktiv.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, turizm sektorunun özünü …

Daha ətraflı »

Azərbaycanın Türkiyəyə qaz ixracı 41% artıb

Bu ilin iyun ayında Türkiyə Azərbaycandan 917,6 mln kubmetr həcmində təbii qaz idxal edib. MediAktiv.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Bu göstərici ötən ilin iyun ayından 41% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə (bazarda …

Daha ətraflı »

Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,09% azalaraq 1 barelə görə 45,05 dollar təşkil edib. Mediaktiv.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,16% azalaraq 42,97 dollar təşkil edib.

Daha ətraflı »

“Coca-Cola” 4 min əməkdaşına könüllü işdən çıxmağı təklif edəcək

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkəti biznesin yenidən təşkili çərçivəsində 4 min əməkdaşına könüllü işdən çıxmağı təklif edəcək. Mediaktiv.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir. “Struktur dəyişikliklərinin təsirini minimuma endirmək üçün şirkət bu gün işçilərə uyğun olduqları təqdirdə müavinət almaq imkanı verəcək könüllü işdən azadetmə …

Daha ətraflı »