Şənbə , May 8 2021
Home / Manşet (page 10)

Manşet

Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif edib – SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. MEDIAKTIV.AZ xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabitləri də var. Prezidentin Sərəncamı ilə polkovnik-leytenant Əliyev Anar Vaqif oğlu (ölümündən sonra), polkovnik-leytenant Hətəmov Müşfiq Vaqif oğlu, mayor Eyyubov Elgiz Çingiz oğlu, mayor Məmmədov …

Daha ətraflı »

Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərinin planlı şəkildə bərpa olunması istiqamətində tədbirlər görüləcək

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı …

Daha ətraflı »

Ulu öndər Heydər Əliyevin istək və arzuları ilə işıqlanan NAXÇIVAN

Zamanı  uzun bir yola, tarixi isə zamanın ağır-ağır addımlayan yolçusuna bənzədirlər. Tarix ona görə ağır-ağır  addımlayır ki, o hər yeni addımında geriyə nəzər salır. Bu nəzər gedilən yolun nəticəsi – salnaməsidir.  Naxçıvanlılar da 25 il əvvəl zamanın yolayrıcından  bir  yolçuluğa çıxmışdılar. Bu yol qaranlığın çökdüyü zülmət içərisində bir yol idi. …

Daha ətraflı »

Türkiyənin Azərbaycandan keçmiş ilk ixrac qatarı Çinlə sərhədə çatıb

Dekabrın 4-də Türkiyənin İstanbul şəhərindən çıxmış, dekabrın 10-da isə Bakı Limanından keçərək Çinin Sian şəhərinə istiqamətlənmiş Türkiyənin ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıb. MEDIAKTIV.AZ bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir. Xatırladaq ki, hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət …

Daha ətraflı »

Silahlı Qüvvələrin 3 601 hərbi qulluqçusu “Vətən uğrunda” ordeninə layiq görülüb

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb. MEDİAKTİV.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı …

Daha ətraflı »

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı

Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib. Müdafiə Nazirliyindən MEDIAKTIV.AZ -a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat …

Daha ətraflı »

Naxçıvan Vətən uğrunda canlarından keçən övladlarını ehtiramla qarşıladı – FOTO

44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə apardılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… …

Daha ətraflı »

Amin Musayev və digər əsirlər Bakıya gətirilib-FOTO

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayev Vətənə gətirilib. MEDIAKTIV.AZ-ın xəbərinə görə, A.Musayev hazırda Bakıda həkim nəzarəti altındadır. A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Bu gün erməni …

Daha ətraflı »

Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı – Ərdoğan

Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı. MEDIAKTIV.AZ xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində …

Daha ətraflı »

Ali Məclisin Sədri Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalayıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, Fərmanda deyilir:  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən …

Daha ətraflı »