Bazar , İyun 20 2021
Home / Təhsil (page 19)

Təhsil

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

Aprelin 7-dək 150 min şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçib. Təhsil Nazirliyindən MediAktiv.az-ın verilən məlumata görə, onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb. Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək. Qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində bu gün axşam saatlarında işlər aparılacaq və bununla əlaqədar olaraq …

Daha ətraflı »

Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır

Hazırda “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi …

Daha ətraflı »

Təhsil Nazirliyi: “Virtual məktəb” portalında yenidən qeydiyyatdan keçmək mümkündür

“Virtual məktəb” portalında artıq yenidən qeydiyyatdan keçmək mümkündür. MediAktiv.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib. Artıq 36 min şagirdin qeydiyyatdan keçdiyini xatırladan V.Xanlarov bəzi valideynlərin qeydiyyatdan keçə bilməməsinə də münasibət bildirib. O qeyd edib ki, adətən, bütün sistemlərdə müəyyən müddət ərzində “sıxlıq” dövrü müşahidə …

Daha ətraflı »

Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq. Nazirlikdən MediAktiv.az-a verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər. Əlaqə yaradan hər bir …

Daha ətraflı »

Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib. MediAktiv.az-ın məlumatına görə, mətndə bildirilir: “Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər! Bugünlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. …

Daha ətraflı »

Azərbaycanda onlayn sınaq imtahanları ödənişsiz oldu – SİYAHI

Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilən bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.  MediAktiv.az ödənişsiz sınaq imtahanlarının siyahısını təqdim …

Daha ətraflı »

Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb. Təhsil Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq. Qeyd …

Daha ətraflı »

Naxçıvan Dövlət Universitetinin müəllimi ixtirasına görə patent alıb

Naxçıvan  Dövlət Universiteti “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən patent alıb. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən MediAktiv.az-a verilən məlumata görə,Patent AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə “Laydan neftin qeyri-stasionar üsulla çıxarılması” adlı ixtirasına görə alınıb. …

Daha ətraflı »

“IV qrant müsabiqəsi”nə sənəd qəbulunun vaxtı uzadıldı

“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə sənədlərin qəbulu vaxtı uzadılıb. MediAktiv.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması məqsədilə sosial təcrid tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi səbəbindən, həmçinin müsabiqədə iştirak etmək istəyən şəxslər üçün daha əlverişli şəraitin yaradılması məqsədilə …

Daha ətraflı »

Təhsil müəssisələri lisenziyadan azad edilir

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. MediAktiv.az-ın məlumatına görə, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir: “Dəyişiklik …

Daha ətraflı »