Bazar , İyun 7 2020
Home / Təhsil (page 5)

Təhsil

DİM bir qrup şagirdi buraxılış imtahanlarından azad edib

Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı açıqlanıb.  Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, MediAktiv.az xəbər verir ki, bu günə qədər 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad olunub.   Qərarı Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM qəbul edib. …

Daha ətraflı »

Məktəblilərin qış tətili başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb. MediAktiv.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib. Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) olub. Tətildən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən …

Daha ətraflı »

Azərbaycanın daha bir universiteti ikili diplom proqramı üzrə magistr hazırlayacaq

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalanıb. MediAktiv.az xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və digər rəsmi şəxslər iştirak ediblər. Təhsil naziri çıxışında …

Daha ətraflı »

Nazir: “15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik hazırdır”

“15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır”. MediAktiv.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlaması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: “Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində də işlər gedir. Burada bu …

Daha ətraflı »

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək. MediAktiv.az  xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 847 nəfər qeydiyyatdan keçib. …

Daha ətraflı »

Ödənişli təhsil alanlar üçün tədris proqramında dəyişiklik aparılmalıdır – DİM

Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar. MediAktiv.Az-in məlumatına görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə …

Daha ətraflı »

Şərur rayonunda maarifləndirici tədbir keçirilib

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları 24 sentyabr 2018-ci il tarixdə ocaqçıların iştirakı ilə «Yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması, qazanxanada təhlükəsizlik qaydaları» mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi …

Daha ətraflı »

“Nə? Harada? Nə zaman?” oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib

Bu gün Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə və Şahbuz rayonundakı “Araz” kinoteatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilib.Nazirliyin mətbuat xidmətindən MediAktiv.Az-a verilən məlumata görə, Əvvəlcə Gənclər və İdman Nazirliyinin …

Daha ətraflı »

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 20 sentyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə …

Daha ətraflı »

Nazir test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirdi

“Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir”. Mediaktiv.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqramının (kurikulum) …

Daha ətraflı »