Şənbə , Sentyabr 21 2019
Home / Cinayət / Azyaşlı qızını öldürən qadın özünü günahkar saymayıb

Azyaşlı qızını öldürən qadın özünü günahkar saymayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: “Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşdum dedi “başıma nəsə fikir gəldi, elədim”.

Proses davam edir.(APA)

Həmçinin oxuyun

Dollarla bağlı mühüm xəbərdarlıq

“Mərkəzi Bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir”. MEDİAKTİV.AZ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir