Bazar , İyul 25 2021
Home / Cinayət / Bakıda YPX əməkdaşını başından bıçaqladılar – dəhşətli anlar kamerada – VİDEO

Bakıda YPX əməkdaşını başından bıçaqladılar – dəhşətli anlar kamerada – VİDEO

MediAktiv.Az

Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb.

Hadisə ötən ilin iyunun 15-də baş verib. ARB-nin “Kriminal” verilişində baş verən hadisənin görüntüləri tamaşaçılara təqdim olunub.

Elman Sadıxov və Elçin İbrahimov Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun bıçaqla baş nahiyəsindən vurublar.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb. /// baku.ws

Həmçinin oxuyun

Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb

Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə …