Bazar ertəsi , Aprel 6 2020
Home / Cinayət / DAŞKƏSƏNDƏ İÇKİLİ ŞƏXSİ ODUNLA DÖYDÜLƏR

DAŞKƏSƏNDƏ İÇKİLİ ŞƏXSİ ODUNLA DÖYDÜLƏR

Daşkəsən rayonunda tanışlar arasında dava düşüb

MediAktiv.Az xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. 

1990-cı il təvəllüdlü Fərman Həsənov tanıdığı şəxs tərəfindən odunla döyülüb. Ağır bədən xəsarəti alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. 

İlkin məlumata görə, F.Həsənov üz və baş nahiyələrindən ağır xəsarət alıb. Hadisə zamanı xəsarət alan şəxsin içkili vəziyyətdə olduğu məlum olub. 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparıpır. 

Həmçinin oxuyun

Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı – MƏHKƏMƏ

Qobustanda qardaş və bacısını bıçaqlamaqda təqsirləndirilən Famil Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.  MediAktiv.Az xəbər …