Çərşənbə axşamı , İyul 23 2019
Home / Cinayət / Dollarla bağlı mühüm xəbərdarlıq

Dollarla bağlı mühüm xəbərdarlıq

“Mərkəzi Bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir”.

MEDİAKTİV.AZ sonxəbər.az-a istinadən xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov FED-in uçot dərəcəsini artırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib. Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar.

 

Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

 

Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi.

Həmçinin oxuyun

“O səs” yarışmasında iştirak edən müğənnini keçmiş əri öldürdü

Kambocada “O Səs” müsabiqəsində iştirak edən və böyük tamaşaçı kütləsi toplayan San Sreylai silahlı hücuma …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir