Cümə axşamı , Fevral 20 2020
Home / Cinayət / “O səs” yarışmasında iştirak edən müğənnini keçmiş əri öldürdü

“O səs” yarışmasında iştirak edən müğənnini keçmiş əri öldürdü

Kambocada “O Səs” müsabiqəsində iştirak edən və böyük tamaşaçı kütləsi toplayan San Sreylai silahlı hücuma məruz qalıb.

Paytaxt Phnom Penhdə baş verən hücumda 23 yaşlı qadın keçmiş əri tərəfindən odlu silahla qətlə yetirilib. Qatil ər sonradan intihar edib.

Sanı öldürən şəxsin keçmiş əri 53 yaşlı Çey Rin olduğu müəyyən edilib. Gənc qadını vurduqdan sonra Çey silahı özünə tuşlayıb və tətiyi çəkib.
Ötən il müsabiqədə finala qədər çıxış edən müğənni ərindən ayrılıb və cütlük keçmişdə də yola getməyib. Hadisə şahidləri bildirir ki, keçmiş əri Sana 3-4 dəfə atəş açıb.(big.az)

Həmçinin oxuyun

Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı – MƏHKƏMƏ

Qobustanda qardaş və bacısını bıçaqlamaqda təqsirləndirilən Famil Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.  MediAktiv.Az xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir