Şənbə , Sentyabr 21 2019
Home / Cinayət / Qadın ağzından, kişi isə qulağından bıçaqlandı

Qadın ağzından, kişi isə qulağından bıçaqlandı

Bakının Binəqədi rayonunda qadın ağzından, kişi isə qulağından bıçaqlanıb.

Mediaktiv.az xəbər verir ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Cələbov Cələb Fətulla oğlu bıçaqlanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Azadlıq prospektində naməlum şəxs E.Əlizadənin ağzına və gözünə bıçaqla xəsarət yetirdikdən sonra C.Cələbovun da qulağına və qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Əlizadənin dili və dodaqları kəsilib. Qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Klinikasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Dollarla bağlı mühüm xəbərdarlıq

“Mərkəzi Bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir”. MEDİAKTİV.AZ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir