Bazar , May 16 2021
Home / Cinayət / Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı – MƏHKƏMƏ

Qobustanda mülk üstündə bacı və qardaş bıçaqlandı – MƏHKƏMƏ

Qobustanda qardaş və bacısını bıçaqlamaqda təqsirləndirilən Famil Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

MediAktiv.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib. 

Hadisə ötən il Qobustanda baş verib. Rayon sakini, 1963-cü il təvəllüdlü Qurbanov Famil Bəybala oğlu onun evində qonaq olan bacısı, 1966-cı il təvəllüdlü Məlahət Yadigarova ilə qardaşı, 1959-cu il təvəllüdlü Kamil Qurbanovu bıçaqlayıb.

M.Yadigarova döş qəfəsi və sağ bud nahiyəsi, Kamil Qurbanov isə qarın boşluğu və sol bud nahiyəsindən xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisəni törədən şəxs saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakıdan gələn bacı-qardaş atalarından qalan mülkü bölüşdürmək üçün rayona, Famil Qurbanovun evinə gediblər. Burada mülk məsələsi üstündə tərəflər arasında narazılıq yaranıb. Nəticədə, F.Qurbanov bıçaqla bacı-qardaşına hücum edib.

Həmçinin oxuyun

Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb

Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə …