Şənbə , Sentyabr 21 2019
Home / Cinayət / “Topaz”da böyük pullar uduzan gəncdən DƏHŞƏTLİ ƏMƏL

“Topaz”da böyük pullar uduzan gəncdən DƏHŞƏTLİ ƏMƏL

Gənc oğlan “Topaz”da yüksək miqdarda pul uduzduğu üçün intihara cəhd edib.
Bu barədə gənc oğlanın qohumu Bəxtiyar Bəhman  məlumat verib. Bəxtiyar Bəhmanın sözlərinə görə, son bir neçə ildə bacısı oğlu böyük pullar uduzurmuş və bunu hər kəsdən gizlədirmiş. Bir neçə dəfə ailəsini özünü dağdan atacağı ilə bağlı hədələyib. Gənc oğlan qəbirstanlığa gedərək, dərmanlar qəbul edib. O dərmanları mayesiz qəbul etdiyi üçün təsiri az olub. Yanında qoyduğu sirkəni isə içməyib. Ailəsi övladını tapmağa müvəffəq olub. Gənc oğlan 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
”Dünyada bu tipli hadisələrə opertiv başladıqları halda, bizdə 102 xidmətinə zəng zamanı yaxın ərazidəki polis bölməsinə ərzə ilə müraciət etməyi tövsiyyə edirlər. Əslində belə zənglərə bu cür yanaşma insanlara yardım etmır və bunun biz bu gün bir daha şahidi olduq:
– Gedin ərzə yazın.
– Bizim onun telefon nömresinin (özünün) harda yerləşdiyini təyin etmək imkanımız yoxdur.
Bax bele yardım edir 102
Öz gücümüz hesabına onun yerini təyin etdik. Əgər yarım saat gec təyin etsəydik inanın bacım oğlunu itirəcəkdik”(Criminal.az)

 

Həmçinin oxuyun

Dollarla bağlı mühüm xəbərdarlıq

“Mərkəzi Bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir”. MEDİAKTİV.AZ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir