Çərşənbə , May 12 2021
Home / Dağlıq Qarabağ Münaqişəsi / Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verib

Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verib

Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

MediAktiv.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun rəsmi “Facebook” və “Instaqram” sosial şəbəkələrində məlumat paylaşılıb:

“Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır”.

Həmçinin oxuyun

Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana …