Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / Dağlıq Qarabağ Münaqişəsi / İSBAM cəbhədəki son təxribatla bağlı bəyanat yayıb

İSBAM cəbhədəki son təxribatla bağlı bəyanat yayıb

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) bəyanat yayıb.

MediAktiv.az-a daxil olan bəyanatı olduğu kimi təqdim edirik:

“İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən hərbi-siyasi təxribatlar son dövrlər daha intensiv xarakter alıb.Azərbaycanın sərhəd bölgələri, mülkü vətəndaşları düşmən hərbi qüvvələrinin hədəfinə çevrilib. Bütün bu hadisələr Ermənistandakı Paşinyan rejimi tərəfindən sülh danışıqlarının tamamilə pozulması deməkdir. Beynəlxalq hüquq normalarını heçə sayan işğalçı Ermənistan dövləti növbəti hərbi təxribatlara hazırlıq içərisində olduğu müşayiət edilməkdədir.İşğal altinda saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazilərinə qeyri leqal hərbi birləşmələr,terror qruplaşmlarının üzvlərini Ermənistan tərəfindən kütləvi yerləşdirilməsi həyata keçirilməkdədir. Livan erməniləri adı altında ASALA və PKK terror təşkilatlarının üzvlərini kütləvi surətdə Azərbaycan ərazisində yerləşdirilməsi BMT və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş aktlara tamamıilə ziddir. Bu addımlar bir daha Ermənistan dövlətinin təcəvüzkar siyasət yürütdüyünü və terror təşkilatları ilə birgə hərbi cinayətlərdə iştirakının bəyanıdır

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi bütün təxribatlara ordumuz dövləti ilə xalqı ilə birlik iradəsi nümayiş etdirərək layiqli cavabını verib və verəcəkdir.Bu ilin iyul ayında Tovuz istiqamətində düşmən aldığı cavabı Azərbaycan əsgəri tərəfindən bundan sonra da daha kəskin daha sarsıdıcı alacaqdır.

Vətənimizin ərazi bütövlüyü və işğal altında olan torpaqlarımızın azadlığı ugrunda apardığımız haqqlı mübarizədə dövlətimizin və xalqımızın qətiyyətini, ordumuzun düşməni ininə qədər qovub yox edəcək həmləsini işğalçı çox yaxın zamanda görəcəkdir. İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olaraq qəhraman ordumuzla, dövlətimizlə fəxr etdiyimizi,düşmən fitnəsinə qarşı mübarizədə Ali Baş Komandanın əmrinə tam hazır olduğumuzu bəyan edirik”

Həmçinin oxuyun

Ermənistanın mülki obyektlərə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılıb

Məlum olduğu kimi, sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələri …