Cümə , Oktyabr 30 2020
Home / Dağlıq Qarabağ Münaqişəsi / Pandemiya dövründə əsir və girovların durumu necədir? – BQXK-dan cavab

Pandemiya dövründə əsir və girovların durumu necədir? – BQXK-dan cavab

“Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam etmişik”.

Bunu MediAktiv.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftar və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir. COVID-19 pandemiyası zamanı biz saxlanma yerlərinə məsul olanlarla saxlanılan şəxslərin sağlamlıq durumu və onlara göstərilən tibbi xidmətlə bağlı dialoq aparırıq. Dialoq mövcud pandemiya zamanı da davam edir. Bizim əlaqədar qurumlarla apardığımız dialoqun məzmunu məxfidir və şəxslərin sağlamlıq vəziyyəti barədə məlumatlar yalnız ailələri ilə paylaşılır. Başçəkmələr vasitəsilə aparılan monitorinq pandemiya ilə əlaqəli mövcud duruma uyğunlaşdırılıb və Beynəlxalq Qızıl Xaç Komitəsinin saxlanılan şəxslərlə bağlı fəaliyyəti zərər verməmək prinsipinə əsaslanaraq həyata keçirilir. Tətbiq olunan məhdudiyyətlər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən nəzərə alınır”, – təşkilat rəsmisi bildirib.

Həmçinin oxuyun

Ermənistanın mülki obyektlərə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılıb

Məlum olduğu kimi, sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələri …