Şənbə , Sentyabr 21 2019
Home / Dağlıq Qarabağ Münaqişəsi / RF XİN: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq üzərində işləyirlər

RF XİN: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq üzərində işləyirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq üzərində işləyirlər.

Mediaktiv.az-ın məlumatına görə, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.

O qeyd edib ki, hazırda həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşə hazırlıq üzərində çalışır:

“Bu məqsədlə onlar bu ilin iyulunda Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında Nyu Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı da davam etdiriləcək. Məsləhətləşmələrin yekunu üzrə müvafiq bəyanat veriləcək”.

M.Zaxarova əlavə edib: “Öz tərəfimizdən mümkün olan hər şeyi edirik ki, vəziyyət sabitləşsin, nizamlanmanın əldə edilməsinə istiqamətlənmiş danışıqlar prosesinin davam etdirilməsinə şərait yaransın”.

Həmçinin oxuyun

XİN-dən Qarabağa qanunsuz səfər edən kanadalı deputatlara

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kanadalı parlament üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir