Çərşənbə axşamı , May 11 2021
Home / Dağlıq Qarabağ Münaqişəsi / Rusiyada yaşayan azərbaycanlılar orduya qatılmaq üçün səfirliyə müraciət ediblər

Rusiyada yaşayan azərbaycanlılar orduya qatılmaq üçün səfirliyə müraciət ediblər

Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Mediaktiv.az-ın verdiyi məlumata görə, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın Ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.

Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmyerlilərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş Komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Həmçinin oxuyun

Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana …