Şənbə , Sentyabr 21 2019
Home / Dağlıq Qarabağ Münaqişəsi / XİN-dən Qarabağa qanunsuz səfər edən kanadalı deputatlara

XİN-dən Qarabağa qanunsuz səfər edən kanadalı deputatlara

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kanadalı parlament üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə ilə bağlı Kanada KİV-də müraciət edib və müsahibə verib.

Mediaktiv.az-ın məlumatına görə, beta.theglobeandmail.com nəşrində dərc edilən məqalədə Kanada Parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderin son 16 ayda ardıcıl və qanlı toqquşmaların baş verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə səfərləri səbəbindən Azərbaycana girişlərinə qadağa qoyulduğu bildirilir.

Məqalədə sözügedən parlament üzvlərinin Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə istinadən Ermənistan tərəfinin təbliğat aləti olmaqda və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymamaqda günahlandırıldığı vurğulanır.

Yazıda həmçinin Azərbaycan Respublikası XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərindən sitatlar gətirilərək 1 milyondan artıq azərbaycanlının etnik təmizlənməyə məruz qaldığı, kanadalı parlamentarların bu kimi səfərlərinin sözügedən etnik təmizlənməyə dəstək verdikləri və bu addımın tamamilə mənəvi etik dəyərlərdən kənar olduğu bildirilir.

Həmçinin, məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal etdiyi qeyd olunur.

Açıqlama vermək məcburiyyətində qalan və qeyri-qanuni səfərdə iştirak edən Toni Kleman bu səfərin guya humanitar xarakter daşıdığı və münaqişədə tərəf tutmadığını deyərək özünə bəraət qazandırmağa çalışıb. Səfərin maliyyələşməsinə gəlincə etiraf etməli olub ki, bu səfər dolayısı Amerika erməni milli komitəsinin Kanada bürosu tərəfindən təşkil olunub. Amerika erməni milli komitəsi irqçi və kriminal erməni lobbi təşkilatıdır.

Məqalədə fikirləri əks olunan Kanada XİN rəsmisi Kanada hökumətinin vətəndaşların Dağlıq Qarabağa səfərlərdən çəkinməyə çağırdığı və Kanadanın ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəklədiyi qeyd olunur.

Həmçinin oxuyun

Sarkisyan: “Putinlə Qarabağ barədə müzakirə aparmadıq”

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə etməyib. Mediaktiv.az azvision.az-a istinadən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir