Çərşənbə axşamı , Aprel 20 2021
Home / Digər / Əsaslı dostluq və qardaşlıq ruhu ilə işləyəcəyik – Türkiyənin Azərbaycandakı yeni səfir

Əsaslı dostluq və qardaşlıq ruhu ilə işləyəcəyik – Türkiyənin Azərbaycandakı yeni səfir

Prezidentin qərarı ilə dost və qardaş Azərbaycana səfir təyin olundum.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağcı öz “Twitter” səhifəsində yazıb.

O, bu məsələdə göstərdiyi dəstəyə görə həm də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib:

“Prezidentin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş Azərbaycana səfir təyin olundum. Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm. Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Cahit Bağcının Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunması haqqında sərəncam imzalayıb.

Həmçinin oxuyun

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Ermənistan istintaq komitəsi bu ölkənin İsraildəki səfiri Armen Smbatyana ittiham irəli sürüb. MEDIAKTIV.AZ-ın erməni KİV-lərinə …