Bazar , May 9 2021
Home / Digər / Əşrəf Qani Cozef Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi

Əşrəf Qani Cozef Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani bildirib ki, ABŞ lideri Cozef Baydenlə zəngləşib, tərəflər ABŞ qoşunlarının sentyabrda ölkədən çıxarılmasını müzakirə ediblər.

Bu barədə MEDIAKTIV.AZ “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gün mənim prezident Cozef Baydenlə telefon söhbətim oldu, biz ABŞ-ın sentyabrın əvvəlindən başlayaraq qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını müzakirə etdik. Əfqanıstan İslam Respublikası ABŞ-ın qərarına hörmət edir və biz tərəfdaşlarımızla işləyəcəyik.

Biz əməkdaşlığımızın növbəti mərhələsinə keçid müddətində sülh səylərinin həyata keçirilməsini davam etmək üçün ABŞ-dan və NATO-dan olan partnyorlarımızla işləməyə davam edəcəyik”, – Qani özünün tvitterdəki səhifəsində yazıb.

Qaninin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələri ölkəni və xalqı qorumağa tam ölçüdə qadirdir.

Həmçinin oxuyun

Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək. MEDIAKTIV.AZ-ın məlumatına görə, …