Bazar ertəsi , May 10 2021
Home / Digər / 100 min tirajla nəşr edilən qəzet Naxçıvanın turizm imkanlarından yazdı

100 min tirajla nəşr edilən qəzet Naxçıvanın turizm imkanlarından yazdı

Türkiyədə nəşr edilən “Yeni Birlik” qəzetində Naxçıvanın turzim imkanları ilə bağlı məqalə dərc edilib. “İğdırla qardaşlaşmış şəhər Naxçıvan” (İgdır’ın kardeş kenti Nahçıvan”) adlanan məqalənin müəllifi Dr. Hakan Dikməndir.

Məqalə müəllifi Naxçıvanın Türkiyəni Asiyadakı qardaşları ilə qovuşduran tək sərhəd qapısı olduğunu qeyd edərək, buranın şəhər mədəniyyətinin yaşının 5000 ildən artıq olduğunu qeyd edir. Naxçıvanın tarixi ilə bağlı bir sıra maraqlı faktlara toxunan müəllif Naxçıvanın turizm imkanları ilə bağlı hissəyə belə bir başlıqla başlayır: “Macəra, sağlamlıq və din turizminin, tarixi abidələrin və təbiət gözəlliyinin mərkəzi olan Naxçıvan”. Məqalənin bu hissəsində Duzdağ, Əshabi-Kəhf, Möminə Xatın Türbəsi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Xan sarayı, Naxçıvan Dövlət xalça muzeyi və Qarabağlar haqqında türkiyəli oxuculara maraqlı və cəlbedici məlumatlar verilir.

Qeyd edək ki, Türkiyənin ən məhşur mətbu orqanlarından biri olan “Yeni Birlik” qəzeti gündəlik 100000 tirajla nəşr edilir.

Məqalənin yayım linkini sizlərə təqdim edirik: http://www.gazetebirlik.com/gazete/07-aralik-2016-110/?pg=13

Həmçinin oxuyun

Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək. MEDIAKTIV.AZ-ın məlumatına görə, …