Bazar , Sentyabr 19 2021
Home / Digər / ABŞ “Delta” ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək

ABŞ “Delta” ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək

ABŞ rəhbərliyi yeni “Delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında deyib.

O bildirib: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik”.

Ağ Evin sözcüsünə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu həftə xeyli sayda qonağın iştirakı ilə 60 yaşını qeyd etməyinə dair sual verilib. C.Psaki sualı cavablandıraraq deyib: “Əlbəttə ki, hər kəsə tibb mütəxəssislərinin tövsiyələrinə riayət etməyi məsləhət görürük. Bildiyimə görə, keçmiş prezident tibb işçilərinin tövsiyələrinə əməl edərək vaksinasiyanın güclü tərəfdarıdır”.

Həmçinin oxuyun

Əmək vizası kimlərə verilir?

Qanunvericiliyə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan …