Cümə axşamı , May 13 2021
Home / Digər / ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub. 

MEDİAKTİV.AZ Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 8 ABŞ vətəndaşına Rusiya ərazisinə giriş qadağan olunub.

Sanksiya tətbiq olunanlar arasında ABŞ-ın Baş Prokuroru Merrik Qarland, Daxili İşlər naziri Aleksandr Mayorkas və Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal da var.

Bundan başqa, Moskva ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Suzan Raysa da ölkəyə girişi yasaqlayıb.

Həmçinin oxuyun

ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaq

ABŞ-ın Nyu-York şəhərində 28 May – Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq. MEDIAKTIV.AZ xəbər verir …