Cümə axşamı , May 13 2021
Home / Digər / Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiya təşkil olunub-FOTO

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiya təşkil olunub-FOTO

13 aprel 2021-ci il tarixində Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ölkənin digər regionlarından və xarici ölkələrdən universitetdə təhsil alan tələbələrin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiyası təşkil olunub.

MEDİAKTİV.AZxəbər verir ki, Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev və Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov çıxış edərək, dövlət qayğısı nəticəsində daima gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların inkişafı və öyrənməsi üçün görülən işlərin önəmindən danışıblar. Ekskursiyanın gənclərin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olmaları və gənclərin asudə vaxtının mənalı təşkili məqsədilə keçirildiyi qeyd edilib.

Sonra gənclər Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində yaradılmış istirahət və xizək mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, Ağbulaq kəndinin təbiəti, havası və müasir infrastrukturu kənddə ilin bütün fəsillərində turizminin inkişafı üçün geniş imkanlar açır. Buna görə kənddə Ağbulaq İstirahət Mərkəzi yaradılmış, qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq dağ-xizək mərkəzi qurulmuşdur. Vurğulanmışdır ki, bu gün həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıtmaqdadır.

Gənclər istirahət mərkəzində əyləncəli oyunlar oynayıb, kanat yolu vasitəsilə Ağbulaq kəndinin əsrarəngiz gözəlliyini səmadan izləmək şansı əldə ediblər.

Gənclər üçün çay süfrəsi də təşkil olunub.

 Ekskursiyada 50 fəal gənc iştirak edib.

Həmçinin oxuyun

2022-ci ilin “Dakar” ralli-marafonu keçiriləcək yer açıqlanıb

2022-ci ildə “Dakar” ralli-marafonu 2-14 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək. MEDIAKTIV.AZ TASS-a istinadən xəbər verir ki, …