Bazar , İyun 20 2021
Home / Digər / Allahşükür Paşazadə: “Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər”

Allahşükür Paşazadə: “Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər”

“Qarabağ torpağında olan bütün dini abidələrimiz bərpa olunacaq”.

MEDIAKTIV.AZ xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

“Şuşadan gələn azan səsi bizi çox sevindirir. Bu gün Şuşa məscidində bizim şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər. Bu, rəmzi idi. Allah bizə nəsib edəcək, həm Şuşada, həm də azad olunan digər yerlərdə birlikdə ibadətlər edəcəyik”, – o əlavə edib.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …