Bazar , İyul 12 2020
Home / Digər / Araşdırma / Ən etibarsız avtomat qutusu olan avtomobillərin siyahısı dərc edilib

Ən etibarsız avtomat qutusu olan avtomobillərin siyahısı dərc edilib

Consumer Reports icmalçıları qutularının bahalı təmirə ehtiyaçı olan 10 avtomobilin siyahısını tərtib ediblər. Eksperlər avtomatik qutulara bütün növ transmissiyaları – klassik hidrotransformatorlu avtomatik qutuları, variator və robotlaşdırılmış qutuları aid ediblər.

MediAktiv.az-ın verdiyi məlumata görə, ən problemli qutular Nissan şirkətinin variatorları olub – siyahıda olan 10 avtomobildən altısı – 2012-2015-ci illərdə buraxılmış Sentra, Versa Note, Pathfinder, Maxima, Rogue və Infiniti QX60 belə qutu ilə təchiz edilmişdirlər. Reytinqə başçılığı Ford Focus modeli edib – modelin avtomatik ötürmələr qutusundakı problemlər 48 min kilometrdən sonra başlayıb. Siyahıda yuxarıda adı çəkilən modellər ilə yanaşı Chevrolet Equinox|GMC Terrain, GMC Acadia və Jeep Wrangler modelləri də yer alıblar.

Ayrıca Consumer Reports analitiklərinə 2001-ci ilin Honda Odyssey, 2003-cü ilin Acura TL, 2002-ci ilin Acura MDX, 2005-ci ilin Chrysler PT Cruiser, 2002-ci ilin Ford Escape/Mazda Tribute və 2004-cü ilin Ford Focus modellərində transmissiya problemləri ilə bağlı şikayətlər də daxil olub. Lakin bu avtomobillər reytinqə daxil edilməyib.

Consumer Reports mühəndisləri hesab edirlər ki, avtomatik qutular ilə təchiz edilmiş müasir avtomobillərin əksəriyyəti, vaxtında texniki xidmət göstərilmək şərtilə, ciddi problem olmadan 200 min mil (322 min kilometr) qət edə bilərlər.

Həmçinin oxuyun

BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.  …