Bazar , Yanvar 26 2020
Home / Digər / Araşdırma / 2020-ci ilin sağlamlıq QOROSKOPU – Hansı bürcü nə gözləyir?

2020-ci ilin sağlamlıq QOROSKOPU – Hansı bürcü nə gözləyir?

Metallik Siçan ili bir çox sağlamlıq və müalicə ilə bağlı məqamları ilə yadda qalacaq. İl ərzində evdə və işdə, eləcə də istirahətdə travma halları çox ola bilər.

Eləcə də xroniki xəstəliklər kəskinləşəcək. Amma bu xəstəliklərin müalicəsi də uğurlu olacaq.
2020-ci il hamiləlik, doğum üçün uğurludur.

Həkim və cərrah səhvləri, uğursuzluqları da az olacaq.

Səhhətinizlə bağlı real problemlərin çoxu qorxu və stresdən qaynaqlanacaq. Ona görə bu il qorxularınızla mübarizə aparıb, nevroloq, psixoloq, psixiatr xidmətindən daha çox istifadə etməyi tövsiyyə edirik.

MediAktiv.Az hər bürcə uyğun sağlamlıq məsləhətlərini təqdim edir:

QOÇ:

İlin birinci yarısı qorxusuz keçəcək. Martdan sonra ümumi halsızlıq fonunda aktivliyiniz azalacaq. Yayda zəhərlənmə riski var. Orqanizmi infeksiyalardan qoruyun. Bir çox xəstəliklərin profilaktikası ilə bu il məşğul olmasanız, gələn il özünü ən sərt şəkildə göstərəcək. Qəhvə və çay sevən Qoçlar bunu adi su və meyvə şirələrinə dəyişsə yaxşıdır.

Zəif nöqtə: mədə-bağırsaq, damarlar, çanaq orqanları

BUĞA

Bu il energetik səviyyəniz yüksəkdir, yollarda, səfərlərdə çox olacaqsız. Ona görə daha fərqli virus və xəstəliklərə tutula bilərsiz. İl ümumilikdə sağlamlıq üçün sakitdir. Amma avtomobil sürənlər və idmançılar ehtiyatlı olsun. Ən təhlükəli ay apreldir.

Zəif orqanlar: əllər, ayaqlar, bel, baş

ƏKİZLƏR

Yuxusuzluq ən birinci düşməniniz olacaq. Əkizlər özləri nə qədər enerjili, aktiv olsa da bu il gücün tükənməsini hiss edəcəklər.

Qarşınızdakı çətin tapşırıqlar onları yoracaq. Apreldən sonra ciddi olaraq sanatoriya, kurort müalicəsi barədə düşünəcəklər.

Zəif nöqtələr: mədə, limfalar, ürək, qaraciyər, öd kisəsi

XƏRÇƏNG

Yanvardan başlayaraq mədə-bağırsaq sistemi bir qədər sizi incidəcək. Bu da uzun müddətli zərərli qidalanma və ya dietalarla bağlıdır. Dietoloq və qastroenteroloq müayinəsi lazım ola bilər. Bəzi vitamin və mineral defisitini analizlərlə yoxladın

Enerji yüksəlməsi fevraldan sonra olacaq. Mayda orqanizminizin səsinə qulaq asın və dincəlin.

Zəif orqanlar: göz, qulaq, burun, boğaz, mədə

ŞİR

2020-ci il özünə baxım, dieta, idman və masajla məşğul olmaq üçün yaxşıdır. Yaydan sonra sükan arxasında və uzaq yollarda diqqətli olun. Dayaq-hərəkət skelet aparatı ilə problemlər görünür.

Artrit və artrozu olanlarda xəstəlik kəskinləşəcək.
Martda saç tökülməsi və dəri problemi varsa, məşğul olun.

Bu il zəif nöqtələr: əl-ayaq, bel, sümüklər, oynaqlar

QIZ

İlin birinci yarısı sağlamsız, ağrı, yorğunluq yoxdur. Amma bir probleminizin olduğunu bilirsiz. Xarici görünüşünüzlə məşğul olmağın vaxtıdır.

Siz daha çox üz, bədən və ruhunuzun müalicəsi ilə məşğul olmalısız. Hamiləlik planlaması uğurlu olacaq.
İlin ikinci yarısı stresdən uzaq olun:

Zəif orqanlar: ürək, sinirlər, baş boyun, damarlar

TƏRƏZİ:

Əgər sağlam həyat tərzinə keçsəniz, özünüzü bu il normal hiss edə biləcəksiz. Problemləriniz yuxu və qida ilə bağlıdır. Şəkər, duz və yağı azaldın. Artıq çəkini atın. Apreldən sonra səhhətinizdə baş verəcək problemlərə soyuq başla yanaşın, əsəbdən uzaq olun. Doğmalarınızın həkim təkidinə qulaq asın.

Zəif orqanlar: ürək, ağciyər, damarlar, prostat

ƏQRƏB

Sağlamlıq baxımından düşərli ildir. Enerjiniz o qədər çoxdur ki, onu yaradıcı istiqamətə yönəldin. ÖZünüzdən çox başqalarının sağlıq problemləri ilə məşğul olacaqsız. Yay aylarında zəhərlənmə və kiçik travma təhlükəsi var, ehtiyatlı olun. Siz özünüzü soyuqdan yox, istidən qorumalısız.

Zəif orqanlar: baş, boyun, bel, çiyin, gözlər

OXATAN

İl səhhətinizə qayğı ilə yanaşmağı tələb edir. Gücünüzə qənaət edin. İstirahət, kurort, su gimnastikası, fitnes sizi gözləyir. Yalnız qida zəhərlənməsindən ehtiyatlı olun.

Zəif orqanlar: udlaq, mədə, böyrəklər, onurğa

OĞLAQ

İl boyu həm daxilən, həm xaricən sağlam, cəlbedici olacaqsız. Apreldən sonra qəfil bir hadisə və ya stres səbəbindən səhhətiniz dəyişəcək. Bütün xəstəliklər əsəbdəndir deyimi sizə aiddir.

Avqust- sentyabr sağlamlıq mərkəzlərində müalicə almaq üçün uğurlu ərəfədir. Sizə bərpaedici və sakitləşdirici terapiya lazımdır.

Zəif orqanlar: sinirlər, ürək, baş beyin, ayaqlar

DOLÇA

Əhatənizi və gündəlik alışdığınız həyat tərzini dəyişməsəniz, iyundan başlayaraq səhhətinizdə problemlər qaçılmazdır. Zahirən sizi sağlam görürlər əslində isə problemləriniz kifayət qədərdir. Ürək-damar, miqren, baş ağrısı səbəbindən həkim gözlənilir.

Zəif orqanlar: ürək, ağciyər, baş, boyun, onurğa

BALIQLAR

Xroniki ağrılarınız belə bu il sanki azalacaq. Amma ilin sonuna yaxın əsəb gərginliyi öz sözünü deyəcək. Baş götürüb harasa getmək istəyirsizsə, yubatmayın.

Təkbaşına uzaq yerə həkimə də gedə bilərsiz. Qanda mineral, şəkər və tromb analizi verin. Avqust sağlamlıq prosedurları üçün ideal vaxtdır. Şəxsi həyat problemləri gücünüzü çox alır, vəziyyəti öz axarına qoyun.

Həmçinin oxuyun

Davosda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli …