Bazar , İyul 12 2020
Home / Digər / Araşdırma / Alimlər məməlilərdə süni hibernasiya (qış yuxusu) prosesini işə salmağı bacarıblar

Alimlər məməlilərdə süni hibernasiya (qış yuxusu) prosesini işə salmağı bacarıblar

Soyuq havaların başlaması ilə bəzi məməlilərdə qış yuxusu prosesi başlayır. Uzun müddət ərzində alimləri maraqlandıran sual ondan ibarət idi ki, qış yuxusuna getməyən heyvanlarda bu prosesi süni şəkildə işə salmaq olar yoxsa yox.

MediAktiv.az-ın məlumatına görə, yeni tədqiqatlar onu göstərib ki, bu prosesi süni şəkildə işə salmaq tam realdır. Bu isə öz növbəsində gələcəkdə astronavtların uzaq planetlərə səyahətləri məsələsini mümkün edəcək. Qış yuxusu metabolizm səviyyəsinin aşağı düşməsinə əsaslanır.

Hibernasiya vəziyyəti zamanı orqanizm öz temperaturunu maksimal dərəcədə aşağı salır. Bu halda hibernasiya vəziyyətində olan canlı üçün minimal enerji miqdarı lazımdır.
    Belə ki, onun ürəyi daha aşağı sürətlə döyünür, ağciyərləri daha az oksigen qəbul edir, beyin fəaliyyəti isə demək olar dayanır. Hibernasiya vəziyyətindən çıxma vaxtı gələndə orqanizm tamamilə sağlam vəziyyətdə olur. Orqanizm hətta canlının çəkisinin bir qədər aşağı düşməsi halında da sağlam qalır. Yeni tədqiqatlar zamanı alimlər siçanlarda Q neyronlar aşkar ediblər. Həmin neyronlara təsir edən zaman siçanlar qış yuxusuna bənzər yuxuya daxil olublar. Belə vəziyyətdə siçanların bədən temperaturları 36 dərəcədən 27 dərəcəyə kimi düşüb. Onların orqanizmləri hətta temperaturun 22 dərəcəyə düşdüyü vaxtda da normal şəkildə çalışıb.

Siçanlar da hibernasiya zamanı metabolizm göstəricilərinin aşağı düşmələrini sərgiləyiblər. Qeyd etmək lazımdır ki, məməlilərin bu növü öz istəyinə uyğun olaraq təbii şəraitdə qış yuxusuna getmir. Hal hazırda insan orqanizmində Q neyronların olub-olmadıqları və olduqları halda onların da hibernasiya prosesinə bu cür reaksiya verib-verməyəcəkləri bilinmir. Əgər məlum olsa ki, bu proses insan orqanizmi üçün də keçərlidir, deməli uzaq məsafədə yerləşən planetlərə uçuşların insan orqanizminə təsirini hibernasiya vasitəsilə aşağı salmaq mümkün olacaq.

Həmçinin oxuyun

BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.  …