Cümə , Avqust 7 2020
Home / Digər / Araşdırma / Alimlər ölümün yaxınlaşmasının əlamətini açıqladılar

Alimlər ölümün yaxınlaşmasının əlamətini açıqladılar

ABŞ və Böyük Britaniyadan olan alimlər tibb sahəsində əhəmiyyətli bir kəşf edib. Onlar Britaniyadan olan 47 minə yaxın pasientin tibbi kartlarında  qeydlərin analizini etdikdən sonra ölümün yaxınlaşmasının  əsas əlamətini müəyyənləşdiriblər. Belə ki, onlar hesab edir ki, 60 yaşdan yuxarı insanlarda  arterial təzyiqin  göstəricilərini ölüm anlayışının başlanğıc nöqtəsi hesab etmək olar.

Araşdırmaçıların sözlərinə görə, ölümünə 14-18 il qalmış insanlarda arterial təzyiqin tədricən düşməsi müşahidə edilir. Son iki ildə isə bu göstərici maksimum aşağı olur. 

Bu nəticələr JAMA Internal Medicine jurnalında dərc olunub.

Bununla belə, hər bir insanın unikal bioloji və sosial varlıq olduğunu unutmamaq lazımdır.FaktXeber.com

Həmçinin oxuyun

Təzə çəkilmiş şirələrin zərərləri məlum olub

Rusiyalı mütəxəssislər təzə çəkilmiş şirələrin fayda və zərərlərini təhlil ediblər. MediAktiv.az xəbər verir ki, araşdırmanı …