Cümə axşamı , İyul 29 2021
Home / Digər / Araşdırma / Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər

Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin “Europa” təbii peykində böyük su buxarı aşkar ediblər.

MediAktiv.Az-ın məlumatına görə, astronomlar Havay adalarındakı Kek rəsədxanasının göy cisimlərinin atmosferinin kimyəvi tərkibini müəyyən etmək üçün spektroqrafdan istifadə etməklə aparılan 17 müşahidənin nəticəsində əldə olunan məlumatları təhlil ediblər. Onlar bu qənaətə gəliblər ki, su buxarının yaranması əvvəllər hesab olunduğu kimi o qədər də aktiv baş vermir. Onlar ayrı-ayrı intensiv püskürmə nəticəsində meydana gəlirlər.

Bildirilir ki, NASA-nın qarşıdakı “Europa Clipper” missiyası 2023-cü ilədək Yupiter planetinin buzlu təbii peykinin səthini təfərrüatı ilə öyrənməyə imkan verəcək. Bu kosmik aparat təbii peykin ətrafında 45 dəfə dövr edərək kameralar, spektrometrlər və radarları vasitəsilə geniş tədqiqat aparacaq.

İyirmi il əvvəl də NASA-nın “Qaliley” kosmik gəmisi və “Hubble” kosmik teleskopu bu göy cismində buz və su buxarının olması barədə məlumatlar əldə etmişdi.

Həmçinin oxuyun

Plastik məmulatlara qarşı diqqətli olun

“Plastik qablarda qidanın uzun müddət saxlanılması zərərli maddələrin qidaya və daha sonra insan bədəninə daxil …