Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Digər / Araşdırma / Bu üsul görmə qabiliyyətini yaxşılaşdırır

Bu üsul görmə qabiliyyətini yaxşılaşdırır

Alimlərin fikrinə görə, görə görmə problemlərinin əsas səbəblərindən biri görmə aparatının həddindən artıq yüklənməsidir.
Müasir insanların gözləri olduqca çox yüklənir ki, bu da bütün dünyada ildən ilə görmə problemlərinin artmasına gətirib çıxardır.
Keçmiş əsrin əvvəllərində amerikalı həkim-oftalmoloq Uilyam Beyts gözlərin dincəlməsi və gərginliyin azaldılması üçün çox sadə üsul təqdim edib.
Bu sadə və effektli metodikanın əsasında qədim Şərq müalicə metodları, yoqların meditasiya üsulları durur. Bütün dünyada bu metod “palminq” kimi tanınır.
Bunun üçün masa arxasında oturub dirsəkləri masaya qoymaq və gözləri ovucları ilə bağlamaq lazımdır.
Belinin düz olmalıdır. Proseduru etdikdən əvvəl əllərinizi bir birinə sürtün ki, əllər bir qədər qızsın. Gözlərinizi yumun və bu vəziyyətdə ən azı 5 dəqiqə oturun. Əlləriniz tam sərbəst olmalıdır, gözlərinizi sıxmayın.
Bu proseduru gündə 3-5 dəfə edin. Palminq həm görməni qoruyur, həm də sinir sisteminin vəziyyətinə müsbət təsir edir – sakitləşdirir, stressi və baş ağrıları azaldır.
Göz yorğunluğunu aradan qaldıran digər vasitə isə göz damcılarından istifadədir. Bu zərərsizdir və nisbətən də olsa problemi aradan qaldırır. Maksimum dərəcədə ekranlardan uzaq durmaq faydalıdır.
Qeyd edək ki, görmə qabiliyyətinizi yaxşılaşdırmaq üçün mütəxəssislər balıq yeməyi məsləhət görürlər. Bir çoxları bunun üçün hazır satılan balıq yağlarından istifadə edirlər. Elm adamlarınıın bəziləri bunun sadəcə biznes xarakterli olduğundan bəhs edirlər. Balığın təkibində olan vitaminlər isə görməni təbii yolla yaxşılaşdıraraq təsisi uzunmüddətli edir. Medicina.az

Həmçinin oxuyun

Plastik məmulatlara qarşı diqqətli olun

“Plastik qablarda qidanın uzun müddət saxlanılması zərərli maddələrin qidaya və daha sonra insan bədəninə daxil …