Çərşənbə axşamı , May 4 2021
Home / Digər / Araşdırma / Dünyanın ən nüfuzlu şirkətlərinin loqotiplərində GİZLƏNƏN SİMVOLLAR

Dünyanın ən nüfuzlu şirkətlərinin loqotiplərində GİZLƏNƏN SİMVOLLAR

Dünyada tanınmış markaların loqotiplərinə demək olar ki, hər yerdə rast gəlirik: televiziya reklamında, işə gedərkən yol kənarındakı elanlarda, köynəklərin üzərində və.s . Gördüyümüz loqotiplər bizə sadəcə ilkin anlayış verir. Məsələn, dünyaca məşhur fast-fud şirkəti olan “Mc Donalds”ın loqosu yaxın ərazidə fast-fud restoranın olmasını xatırldır.

Bəs əslində bu loqotiplərin hansı mənanı ifadə etməsi, şüuraltı insanlara hansı mesajı verdiyi barəsində bir fikriniz varmı? Demək olar ki, sadalanan nümunələrin 90%-nin hansı gizli mənanı daşıdığını bilmirik.

Mediaktiv.az Publika.az-a istinadən ,oxucularına dünyaca məşhur brendlərin, markaların loqotiplərinin təsadüfən deyil, düşünülmüş şəkildə hazırlanmasının sirlərini araşdırıb:

1. Mc Donalds – 1940-cı ildə ABŞ-da yaradılan fəstfud şəbəkəsidir. Şirkətin mənzil-qərargahı ABŞ-ın Çikaqo şəhərinin yaxınlığında,Oak Brukda yerləşir. Dik və Mak Makdonald qardaşları ilk restoranlarının binasını iki böyük qızıl qövsə bənzər şəkildə inşa etmək istəyiblər. Hansılar ki, sonradan elə şirkətin hazırki loqotipinə çevrilib. Əslin şirkət bu loqotipdən imtina etmək istəyirdi, lakin psixoloq Luis Çeskin onları fikrindən daşındırdı. Luis Çeskin iddia edirdi ki, simvol qadın sinəsini xatırladır. Buna görədə o insanları dərhal cəlb edəcək. McDonalds şirkəti hər 4 saatda yeni restoran açır. Dünya üzrə McDonalds əməkdaşlarının sayı 761 min nəfər təşkil edir ki, bu da Lüksemburq əhalisinin sayından çoxdur. Bu günə qədər 100 milyarddan çox hamburger satan Mc Donalds şəbəkəsi hər il 3,4 trilyon funtdan çox kartof alır.

2. Chanel – Qadın geyimində inqilab etmiş və müasir tərzə yeni standartlar gətirmiş qadın Koko Şanel. Dünyanın nəhəng moda etalonu əvvəllər qadın şapkaları satan kiçik bir dükandan ibarət olsa da, dükan qısa müddətdə yalnız Parisdə deyil bütün moda dünyası tərəfindən kəşf edildi. Beynəlxalq moda standartı olaraq zəriflik, zənginlik və elitizmi təmsil edən loqotipin çox xüsusi və romantik tarixi var. Chanel loqosunun dizaynı 1925-ci ildə Coco Chanelin özü tərəfindən işlənilib və heç bir dəyişiklik edilmədən bu günə qədər gəlib. Qeyd olunan məlumatlara görə, loqotipi “Chateu de Cremat” qalasında olan vaxt çəkilib. Əfsanəyə görə qala qıfılla bağlı olub və loqotipdə məhz o qıfılın qövslərinin formasını xatırladır. Arxa-arxaya duran iç-içə keçmiş iki “C” hərfindən ibarət simvol qısa zamanda moda dünyasının ən tanınan simvoluna çevrilib. Bəzi məlumatlarda qoşa “CC” hərfini moda ikonasının qaldığı qalanın adı ilə, bəzi məlumatlarda isə məhz öz adı( “Koko” ) ilə bağlı olduğu qeyd edilir. İkona çox sayda heyranlarının olmasına baxmayaraq heç vaxt ailə qurmayıb.

3. Google – Bu loqotip “sadə”, “lakonik”, “parlaq” və “mülayim” kimi sözlərlə səciyyələndirilərək yaradılıb. Dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış “Google” transmilli şirkətdir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Loqotipi əsas 3 rəng: qırmızı, sarı, yaşıl və göy təşkil edir. Rənglər xüsusi alqoritm üzrə işlənib. Loqoda bircə yaşıl hərf məntiqi ardıcıllığı pozur. Fikir olaraq isə, məhz yaşıl hərf vasitəsilə ətrafa mesaj verilir. Dizaynerlər bununla onu demək istəyib ki, gözlənilməyən yaşıl rəng kimi, “Google” sistemi də bir anda bütün stereotipləri qıracaq. Şirkət bu gün bütün stereotipləri heç bir “oyun” qaydasına riayət etmədən geridə qoyub.

4. Gillette – Loqonun içində ilk baxışda o qədər də gözə çarpmayan xüsusi bir incəlik var. Bu sadəcə markanın adı deyil. Loqoda markanın istehsal etdiyi məhsula dair işarələr var. Diqqətlə baxsanız “G” və “İ” hərflərinin ülgüc kənarlarına oxşayan ucluqlar şəklində işləndiyini görəcəksiz. Çox uğurlu dizayn hesab etmək olar.

5. Mitsubishi – Yaponiyanın ilk seriyalı avtomobil istehsalçısı olan şirkət, 1870-ci illərdə gənc sahibkar İvasaki Yataronun, Tsukomo Şokai adlı kiçik paroxod şirkətinin əsasını qoyması ilə başladı. 1875-ci ildə adı bir neçə dəfə dəyişildirilən şirkət bu gün “Mitsubishi” adı altında fəaliyyətini davam etdirir. Loqotip isə İvasaki ailəsinin gerbi hesab olunur. Məlumatlara görə, ailənin gerbini 3 briliyant təşkil edib. Hansı ki, etibarlılıq, bütövlük və müvəffəqiyyəti simvolizə edir. Briliyant üzərindəki qırmızı rəng isə özgüvən və əminliyə işarədir. Yaponiyada insanlar qırmızı rəngə qarşı xüsusi maraq duyurlar. Buna görə də, dizaynerlər düşünür ki, qırmızı rəng insanların diqqətlərini daha çox cəlb edir. Yaponiyada əksər markaların loqolarında qırmızı rəngə rast gəlmək olar.

6. “Goodwill” – Təşkilat Edqar Helms tərəfindən 115 il əvvəl, 1902-ci ildə təsis edilib. Dünyanın ən tanınmış qeyri-kommersiya təşkilatı ehtiyac içində yaşayan insanlara kömək məqsədilə müxtəlif növ geyim və başqa predmetlər toplayırlar. Təşkilat əməkdaşlarının fikrinə görə, yaxşılıq etmək üçün bayram günlərini gözləməyə ehtiyac yoxdur. Yaxşılıq etmək üçün xüsusi günləri gözləmək lazım deyil. Loqotipləri də məhz bu fikrin üzərində qurulub. Əslində loqotipin baş hərfi “G” yandan baxıldıqda, gülən, xoşbəxt insan simasını xatırladır.

7. “FedEx” – Federal Express adlı Amerika şirkəti dünya səviyyəsində hava-quru transfer və məntiqi xidmət təqdim edir. Dünyanın ən nüfuzlu şirkətlərindən olan “FedEx” Frederick W. Smith tərəfindən 1971-ci ildə yaranıb. Yarandığı gündən dəfələrlə adı dəyişdirilən şirkət 2000-ci ildən yenidən FedEx olaraq dəyişdirilib. İnsanların əksəriyyəti loqoya baxanda orada sağa istiqamətlənmiş oxa fikir vermirlər. Şirkətin fəaliyyətinə işarə edən simvolik ox məhz “E” və “X” hərflərinin arasında gizlədilib. Dizaynerlərin fikrincə, ilk baxışda müştərilər tərəfindən görülməyən bu simvol məhz insanların beynində şüurlatı etibarlı kuryer xidmətinə etibar yaradır. Maraqlı yanaşma olsa da, şirkət öz etibarını bu günə kimi qoruyub saxlayıb.

8.”Nike” – Loqotip Kerolin Devidson adlı tələbə tərəfindən 1975-ci ildə çəkilib. Loqotipin dizaynına görə tələbəyə cəmi 35 dollar ödənmişdi. Təxmin etmək çətin deyil ki, loqonun qədim yunan ilahəsi Nikanın qanadını təqlid etməsi şirkət rəhbərliyinin gözündən qaçmayıb. Məntiqi olaraq onlar düşünürdülər ki, qələbə uğrunda döyüşlərdə əsgərlərə ilham verən yunan nişanı onlara da uğur gətirəcək. Loqotipin gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra 1983-cü ildə Kerolin Devidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilib.

Həmçinin oxuyun

Yer kürəsində neftin tükənəcəyi tarix açıqlandı

Yer kürəsinin yeraltı enerji resursları artıq 50 il sonra bitəcək. MEDİAKTİV.AZ “The Paper”ə istinadən xəbər verir …