Bazar , Sentyabr 19 2021
Home / Digər / Araşdırma / Eşidən onu görməyə qaçdı – Rus general yerin altından “çıxdı” – FOTO

Eşidən onu görməyə qaçdı – Rus general yerin altından “çıxdı” – FOTO

 Mediaktiv.az Milli.Az-a istinadən  xəbər verir ki, Ardahanda ortaya çıxan rus general Vasiliy Geymanın nəvəsi tapılıb.

Sözügedən rus generalın nəvəsi olduğunu iddia edən Boris Akimov “DNT analizi verməyə hazıram” deyib.

Sputnik-dən Fuad Safarov-a açıqlama verən Boris Akimov bunları deyib:

“Xəbəri eşidən kimi çox həyəcanlandım. Mən babam ilə əlaqədar çox araşdırma aparmışam. Son məlumata görə, Ermənistanın Gümrü şəhərində dəfn edildiyini bilirdim. Lakin məzar siyahısında babamın adı yox idi. Bu səbəbdən onu bu günə qədər çox axtardım. Çox şeylər üst-üstə düşür. Məsələn, vəfat etdiyi tarix və yer. Fotodakı general rütbəsi də”.

Akimov sözlərinə belə davam edib:

“Rusiyanın Ankaradakı səfirliyinə zəng etdim. Mövzuyla əlaqədar rəsmi bir məlumatın olmadığını dedilər. Telefon götürdülər. DNT analizi verməyə hazıram. Tabutun babama aid ola biləcəyi xəbərlərini mətbuatda gördüm. Mənim tanıdığım tarixçilər də tabutun babama aid ola biləcəyini düşünür. Təbii ki, bəzi tarixçilərə görə, məsələ çox qarmaqarışıqdır. Müxtəlif iddialar var. Amma mən tabutun babam Geymana aid olduğunu düşünürəm”.

Həmçinin oxuyun

Plastik məmulatlara qarşı diqqətli olun

“Plastik qablarda qidanın uzun müddət saxlanılması zərərli maddələrin qidaya və daha sonra insan bədəninə daxil …