Cümə axşamı , Sentyabr 17 2020
Home / Digər / Araşdırma / Koronavirusa qarşı davamlı olan anticisimlər aşkarlanıb

Koronavirusa qarşı davamlı olan anticisimlər aşkarlanıb

Alimlər COVID-19 virusuna yoluxmanın qarşısını ala bildiyi düşünülən anticisimlər aşkarlayıblar.

MediAktiv.az Nyu-Yorkun Kolumbiya Universitetinin nəzdindəki Tibb Mərkəzinin (CUIMC) saytına istinadən xəbər verir ki, xəstənin ilk vaxtlarda vəziyyətini də yaxşılaşdıra bilən həmin anticisimləri koronavirusun ağır formasını uzun müddət ərzində keçirmiş şəxslərin immun sistemi əmələ gətirib.

Həmin anticisimlərin nə qədər təsirli və səmərəli olması heyvanlar üzərində aparılan sınaqlar zamanı sübut olunub.

Anticisimlər əsasında dərmanın peyvənddən daha tez yaradıla biləcəyi də bildirilir. Belə ki, anticisimlər dərman şəklində kütləvi istehsal oluna bilər.

Həmçinin oxuyun

Okeanda plastik tullantıların miqdarının 10 dəfə çox olduğu müəyyənləşib

Atlantik okeanının yuxarı qatlarında (0 ilə 200 metr arasında) 12-21 milyon ton arası plastik tullantı …