Bazar , Avqust 2 2020
Home / Digər / Araşdırma / Optimistlər pessimistlərdən daha yaxşı yatır və az xəstələnirlər

Optimistlər pessimistlərdən daha yaxşı yatır və az xəstələnirlər

Həyata nikbin baxan insanlar bədbinlərdən daha yaxşı yatırlar.

MediAktiv.az xəbər verir ki, bu, Vyana Universitetinin araşdırması nəticəsində məlum olub.

Məlumata görə, insanların nikbinlik kimi xüsusiyyəti onlara daha uzun həyat sürməyə və xronik xəstəliklərə daha az yoluxmağa kömək edir.

1 004 nəfər avstriyalının iştirak etdiyi onlayn-sorğuda respondentlər yuxularının ümumi özəlliklərindən bəhs ediblər, daha sonra isə onların yaşam və sağlamlığa olan münasibətləri sorğulanıb.

Məlum olub ki, optimistlərin 70%-i daha az yuxu pozuntusu və yuxusuzluqla qarşılaşırlar.

“Optimistlər fiziki məşğələ ilə daha çox məşğul olur, az siqaret çəkir və daha çox sağlam qidalanırlar. Bundan başqa, onlarda problemlərin həlli və stressin azaldılması strategiyası mövcuddur. Bütün bu amillər yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər”, – araşdırmanın müəllifi Yakob Vaytser vurğulayıb.

Alimlər xüsusi məşğələlərlə nikbinliyi inkişaf etdirməyi tövsiyə edir. Onlar yoxlamaq istəyirlər: “sonradan qazanılmış optimizm” yuxunun keyfiyyətinə təsir edə bilərmi, yoxsa məhz “təbiətdən” pozitiv olmaq lazımdır.

Həmçinin oxuyun

Koronavirusdan qorunmaq üçün maddə hazırlanıb

Rusiyanın Cənubi Federal Universitetinin tədqiqatçıları parçaları və qeyri-toxuma əşyalarını viruslara qarşı davamlı etmək üçün hopdurulacaq xüsusi …