Cümə axşamı , Aprel 22 2021
Home / Digər / Araşdırma / Qəhvəyi kömürdən hidrogen istehsalına başlanılır

Qəhvəyi kömürdən hidrogen istehsalına başlanılır

Avstraliyada qəhvəyi kömürdən maye hidrogen istehsalı ilə bağlı 500 milyon Avstraliya dolları (387 milyon ABŞ dolları) məbləğində sınaq layihəsinin əsası qoyulub.

 MEDİAKTİV.AZ “Reuters”ə istinadən xəbər verir ki, dünyanın məlum olan qəhvəyi kömür ehtiyatlarının dörddə birinin cəmləşdiyi Avstraliyanın Viktoriya ştatında Yaponiyanın “Kawasaki Heavy Industries” şirkəti tərəfindən hər iki ölkə hökumətlərinin dəstəyilə həyata keçirilən layihə çərçivəsində istehsal olunacaq maye hidrogeni tankerlə Yaponiyaya daşımaq nəzərdə tutulur.

Dünyanın 5-ci enerji istehlakçısı olan Yaponiyada bu layihə sayəsində 2050-ci ilədək karbon qazı tullantılarını sıfırlamaq hədəfinə daha asan çatmaq, eyni zamanda 20 milyon ton həcmində gözlənilən illik hidrogen tələbatını qarşılamaq məqsədi qoyulur.

Avstraliya isə LNG ticarətindəki üstün mövqeyindən əlavə, ən böyük hidrogen ixracatçı ölkəsinə çevrilir.

Həmçinin oxuyun

Yer kürəsində neftin tükənəcəyi tarix açıqlandı

Yer kürəsinin yeraltı enerji resursları artıq 50 il sonra bitəcək. MEDİAKTİV.AZ “The Paper”ə istinadən xəbər verir …