Çərşənbə , Noyabr 20 2019
Home / Digər / Araşdırma / Qocalmağın xərçəng xəstəliyinə qarşı faydası

Qocalmağın xərçəng xəstəliyinə qarşı faydası

İngiltərənin Liverpool universitetinin alimləri insanın qocalmasının xərçəng xəstəliyinin qarşısını ala biləcəyini müəyyənləşdiriblər.

MediAktiv,Az məlumat verir ki, bu barədə “MedicalXpress”ə verilən açıqlamada bildirib.

Tədqiqatçılar xərçəng xəstəliyində və yaşlanmada aktiv iştirak edən genlər arasında əlaqə tapmaq üçün insan toxumalarını təhlil ediblər. Ümumiyyətlə, hər zaman yaşla birlikdə xərçəngin inkişaf riskinin artdığı düşünülüb. Ancaq indi aydın olub ki, hüceyrələr yaşlandıqca xərçəng yaradan DNT-lər zəifləyir. Qeyd edək ki, bu genlər hüceyrə dövrünün və immunitet sisteminin tənzimlənməsində iştirak edir.

Mütəxəssislər bunu yaşlanma prosesləridə hüceyrələrin bölünmə (yayılma) sürətini azalması ilə əlaqələndirirlər. Bölünmənin sürətinin artması bədxassəli şişlərin yaranmasına münbit şərait yaradır. Bu iddia yaşla birlikdə xərçəng riskinin azaldığını göstərən tədqiqatların nəticəsini izah edir.

Həmçinin oxuyun

Maqnit qasırğası olacaq

Noyabr ayında meteoroloji həssas insanlar maqnit qasırğasının təsirini hiss edəcək. Belə ki, verilən proqnoza görə, …